Beynəlxalq aləmdəki mövcud vəziyyət, sosial, iqtisadi və siyasi əlaqələrin getdikcə artan mürəkkəbliyi, proseslərin durmadan dinamik sürəti XXI əsrdə dünya birliyinin yeni inkişaf mərhələsinə keçdiyini göstərir. Yeni cəmiyyət də yeni texnologiyalar və inkişaf modelləri nəzərdə tutur. Bütün bu proseslərdə danılmaz bir amil var, bu da milli siyasi lider faktorudur. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir. Bu mənada Azərbaycan öz Lideri ilə fəxr edir və bunun üçün bütün əsaslar var. Prezident İlham Əliyevin rəhbərliyi dövründə və aparılan sosial, kadr, struktur islahatları hər bir vətəndaşın rifahına, ölkəmizin daha da güclənməsinə, sistemli idarə olunmasına xidmət etmişdir.Ölkəmiz regionda nadir geosiyasi mövqeyə malik ölkədir. Nəticədə, bu gün Azərbaycan geosiyasi proseslərdə və irimiqyaslı iqtisadi layihələrdə, ilk növbədə, milli maraqlarını nəzərə alaraq iştirak edir, yeni sosial-iqtisadi əməkdaşlıq əlaqələrinin də formalaşmasına təkan verir. Bundan başqa, Azərbaycan əsas geosiyasi oyunçularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olan ölkədir və bu məsələdə böyük uğurlar da əldə etmişdir.Heç kimə sirr deyil ki, hazırda Azərbaycan təkcə Qafqaza deyil, həm də Yaxın və Orta Şərq, həmçinin Şərqi Avropa regionuna təsir edən ciddi bir amilə də çevrilmişdir. Qarışıq geosiyasi və geoiqtisadi reallıqlar fonunda Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, qarşıdurmaya yox, əməkdaşlığa təkan verəcək istənilən addımı dəstəkləməklə və təşviq etməklə fərqlənir.Bütün bunlarla yanaşı hazırda günümüzün əsas məsələsi işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin aparılmasıdır. Dövlətimizin başçısı İlham Əliyev hər zaman vurğulamışdır ki, qarşıdakı bir-iki il üçün bu torpaqlarda görüləcək işlərin miqyasını olduqca genişdir. Bu işlər ərazilərin minalardan təmizlənməsi, nəqliyyat infrastrukturunun yenilənməsi, qaz, enerji xətlərinin çəkilişi, şəhərlərin baş planlarının hazırlanması və Böyük Qayıdışın tezliklə reallığa çevrilməsidir. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa ediləcək. Bir sözlə, soydaşlarımızın öz doğma ata-baba yurdlarına qayıtmaları üçün kompleks tədbirlər həyata keçirilir.Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan münaqişə səhifəsini çevirməyə, sərhədlərin delimitasiyasına və demarkasiyasına, sülh sazişi üzrə danışıqların başlanmasına hazırdır. Bu gün Azərbaycan öz vəsaiti hesabına, heç kimdən asılı olmayaraq işğaldan azad edilmiş şəhər və rayonlarımızın bərpası üzrə təsdiq olunmuş baş planlar əsasında intensiv şəkildə həyata keçirdiyi layihələrdə "ağıllı idarəetmə", "yaşıl enerji" konsepsiyasını gerçəkləşdirir, yüksək texnologiyalar və müasir yanaşmalar nümayiş etdirir. Vətən müharibəsindən sonrakı çıxışlarında, bəyanatlarında dövlət başçısı İlham Əliyevin Azərbaycan xalqına verdiyi sözlər və öhdəliklər bu gün də öz aktuallığını qoruyur. Belə ki, müharibədən sonra işğal altından azad olunmuş ərazilərdə əhali üçün daha sağlam ekoloji mühitin və etibarlı, yüksək standartlı rifah şəraitinin yaradılması yönündə işlərin aparılması, eyni zamanda yaşıllıqların, magistral yolların, yaşam komplekslərinin salınması buna əyani sübutdur. Beləliklə, 19 iyul tarixindən başlanan Böyük Qayıdış gələcək siyasi-iqtisadi uğurlarımızın təməl daşı olmaqla yanaşı, getdikcə güclənən qüdrətli Azərbaycanın da carçısıdır.
Məcid Əhmədov
YAP Pirallahı rayon təşkilatının sədr müavini