PDF Oxu

Siyasət

  • 2 472

"Bu gün bütün dünya üçün Azərbaycan bu məsələdə nümunədir" - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün bütün dünya üçün Azərbaycan bu məsələdə nümunədir" - DEPUTAT ŞƏRH ETDİ

"Böyük Qayıdışla bağlı fikirlərim təbii ki, çox müsbətdir. Biz bu günü 30 ildir ki, gözləyirdik". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.Onun sözlərinə görə, biz 30 ildir ki, insanların öz dədə-baba yurdlarına qayıtmalarını, bu torpaqlarda yaşamalarını və əmək fəaliyyəti ilə məşğul olmasını gözləyirdik: "Düşünürəm ki, bu gün bütün dünya üçün Azərbaycan bu məsələdə də nümunədir. Son 30-40 ildə görülməyib ki, bir dövlət 30 illik işğaldan sonra bu torpaqlarda böyük quruculuq işləri görsün və insanları yenidən öz dədə-baba yurdalarına qaytarsın. Bu, çox böyük bir uğurdur. Bu, Prezident İlham Əliyevin, xalqın böyük bir uğuru və xalqın iqtidara inamıdır. Hesab edirəm ki, bu proses kifayət qədər sürətlə gedəcək. Bizim ən böyük problemimiz ermənilər tərəfindən minalanmış ərazilərimizdir. Bu minaları zərərsizləşdirdikdən sonra artıq rahat şəkildə insanları öz torpaqlarına köçürmək reallaşacaq”.

Arzu Qurbanlı

Digər xəbərlər