PDF Oxu

Siyasət

  • 2 363

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır! ŞƏRH

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır! ŞƏRH

Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində “Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandum”un imzalanması olduqca vacib və əhəmiyyətli sənəd kimi qiymətləndirilə bilər. Belə ki, Azərbaycanın həyata keçirilən bütün layihələrdə son dərəcə şəffaf şəkildə öz üzərinə götürdüyü öhdəliklərini icra etməsi, partnyorları arasında etibarlı tərəfdaş imicini qoruması yeni və daha sıx əməkdaşlıqlar üçün kifayət qədər münbit zəminlər yaratmaqda davam edir. Bu xüsusda, iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri və Prezident İlham Əliyevlə Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində “Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanması qeyd olunanları isbatlayan mühüm amillərdəndir. Eləcə də, qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşdə Prezident İlham Əliyev cənabları Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində fəal əməkdaşlığın on beş ildən artıq tarixi olduğunu da xüsusilə diqqətə çatdırıb, paralel olaraq vurğulayıb ki, Azərbaycanın böyük layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirmək, yeniləmək gücündədir. Bu haqda bildirən dövlətimizin başçısı enerji təhlükəsizliyi məsələlərinin hazırda heç vaxt olmadığı qədər mühüm önəm daşıdığını da xüsusi olaraq vurğulayıb.Digər mühüm amil həm də ondan ibarətdir ki, Azərbaycan Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada münasibətlər qurur. Bu, həm də o deməkdir ki, Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırılan bütün məsələlərin həllinə nail olacağına heç bir şübhə yoxdur. Bu xüsusda, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen yeni ikitərəfli saziş üzərində ölkəmizlə çalışıdığını qeyd edərək, məqsədlərinin iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlıq əlaqələrinin genişləndirməkdən ibarət olduğunu qeyd edib.Onu da nəzərə alsaq ki, Bakıda imzalanan memorandum Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafına böyük töhfə verəcək, habelə siyasi müstəvidə də geniş prespektivlər vəd edir, bu zaman əminliklə qənaətə gələ bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü fikirləri qarşıdakı illərdə Azərbaycan Respublikası-Avropa İttifaqı arasındakı münasibətləri daha geniş areala çıxarmış olacaq. İstər, istərsə də siyasi baxımdan Avropanın bölgədə ən etibarlı tərəfdaşlarından olan Azərbaycanın belə bir mövqedən çıxış etməsi həm də bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu gün ölkəmiz öz maraqlarını birmənalı şəkildə həyata keçirmək qüdrətində olmaqla bərabər dost dövlətlərə də himayədarlıq etmək qüdrətindədir. Belə bir qüdrətin mənbəyi isə söz yox ki, düzgün və dəqiq xarici kurs yürüdən Azərbaycan Prezidentinin ali nüfuzudur!Beləliklə, dövlətimizin başçısı cənab İlham Əliyev hazırda dünya liderləri arasında elə bir nüfuza və yüksək mövqeyə sahibdir ki, bu, Azərbaycan Respublikasının gücünə daha da güc qatır. İmzalanan Anlaşma Memorandumu ilə Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artırmaq üçün bir neçə il ərzində Cənub Qaz Dəhlizinin ötürücülük imkanının 20 milyard kubmetrə çatdırılacağı ilə bağlı tərəflərin üzərlərinə öhdəliklər götürməsi də mövcud əməkdaşlığın yeni inkişaf səviyyəsinə yüksəlməsindən xəbər verir. Qarşida isə daha qlobal inkişaf və tərəqqi faktoru bizləri gözləyir – bu faktor Azərbaycanın qüdrətinin real göstəricisidir.

Almaz HƏŞİMOVA,
YAP Füzuli rayon təşkilatının sədri

Digər xəbərlər