Hər bir dövlət öz xarici siyasəti qarşısındakı vəzifələri həyata keçirmək üçün uzunmüddətli strateji və operativ cari fəaliyyət proqramı hazırlayır. Uzunmüddətli strateji fəaliyyət proqramı dövlətin gücü, qüdrəti, resursları, dünya siyasətindəki rolu və yerindən asılı olaraq müxtəlif məqsəd və vəzifələr üzərində qurulur. Bunların ən vacibləri və həyati əhəmiyyət kəsb edənləri sırasına ölkənin müstəqilliyinin qorunmasını, dünyaya müvəffəqiyyətli intqerasiya və beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmasını, ərazi bütövlüyü və suveren hüquqlarının təmin edilməsini, vətəndaşlarının firavan həyatını təmin etmək məqsədilə xarici aləmin imkanlarından istifadə edilməsini və s. aid edirlər.Azərbaycanın xarici siyasət fəaliyyətinin formalaşması və prioritet vəzifələrin müəyyənləşməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dövründə Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün lazımi tədbirlər görüldü, ölkənin xarici aləm üçün kəsb etdiyi maraqlar dairəsi, geosiyasi və iqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi, beynəlxalq aləmin Cənubi Qafqazda, Xəzər regionunda və Azərbaycanda təmsil olunan, üst-üstə düşən, kəsişən maraq dairələri müəyyənləşdirildi. Beynəlxalq münasibətlərin yeni düzəni, dövlətlərarası ələqalərin prinsipləri, beynəlxalq hüququn təsir gücü və dairəsi, dünyanın böyük dövlətlərinin, regionun aparıcı ölkələrinin və beynəlxalq təşkilatların Azərbaycanla bağlı yürütdüyü və yürüdə biləcəyi siyasət təhlil edilmiş və bunun əsasında milli maraqlara söykənən xarici siyasət strategiyası müəyyən olunmuşdu.Azərbaycan Respublikasının xarici siyasətində, eləcə də, milli gəlirinin böyük bir hissəsini təşkil edən əsas amil neft və qazdır. 1994-cü ildən başlayaraq həyata keçirilən yeni enerji strategiyasının reallaşdırılması vəzifəsi dövlətin xarici siyasətinin prioritetlərindən biridir. Bu strategiyanın əsas mahiyyəti Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan karbohidrogen ehtiyatlarının qabaqcıl Qərb texnologiyası və investisiya imkanlarından səmərəli istifadə etməklə dövriyyəyə buraxılması, təhlükəsiz yollarla dünya bazarlarına çıxarılması, satışından əldə edilən vəsaitlə ölkənin digər sahələrinin, qeyri-neft sektorunun inkişafına nail olunması, bugünkü və gələcək nəsillərin firavan həyatının təmin edilməsindən və s. ibarətdir.Azərbaycanın xarici siyasət prioritetləri sırasında Qərb ölkələrinin təmsil olunduğu Avropa Birliyi sisteminə və qlobal dünya siyasəti məkanına inteqrasiya mühüm yer tutur ki, bu prosesdə ən əhəmiyyətli yeri enerji təhlükəsizliyi və enerji təchizatı tutur. Bu sistemə daxil olmaqla Azərbaycan həm özünün mövcud resurslarından xalqının firavan həyatnın təmin edilməsi istiqamətində daha səmərəli, təhlükəsiz və itkisiz istifadə etmək imkanı əldə edir. Həm də qabaqcıl dünya texnologiyalarından, investisiya və xarici kapitalın ölkə iqtisadiyyatına daha sürətlə daxil olması, qeyri-neft sektorunun inkişafına nail olunması imkanı qazanır. Bununla bağlı, xüsusən Avropa İttifaqının imkanlarından istifadə edərək ölkənin daxili iqtisadi, sosial və digər strukturlarının islahatını aparmaq və dünya standartlarına qaldırmaq imkanı da yaranar ki, bu proses bu gündə davam edir.Azərbaycan Qərbə özünün Avrasiya məkanındakı əhəmiyyətli geosiyasi vəziyyətini və zəngin enerji resurslarını lazımi səviyyədə təqdim etməklə, regionun lider dövləti statusunu öz əlində saxlayır. Qərbin dəstəyi və davamlı dəstəyi ilə iqtisadiyyatda struktur islahatlarını müvəffəqiyyətlə başa çatdırmaq, dünyanın liberal ticarət-biznes məkanına daxil olmaq üçün əlverişli beynəlxalq dəstək almaq və dinamik inkişaf yoluna çıxmaq xarici siyasətin mühüm prioriteti olaraq qalır. Respublikamız buna illər ərzində müasir Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs vasitəsilə nail olub. Bu gün də bu siyasi kurs ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident ilham Əliyevin uğurlu fəaliyyəti ilə daha da şaxələnir və inkişaf edir.Qeyd etdiyimiz kimi, Azərbaycanın enerji təhlükəsizliyi və enerji təchizatında Avropa İttifaqı mühüm mövqeyə malikdir ki, məsələnin digər əhəmiyyətli tərəfi isə Avropa İttifaqının digər sahələrdə olduğu kimi, enerji məsələlərini özündə əks etdirən siyasətdə də maraqlı tərəf olmasıdır. Belə ki, hal-hazırda dünayda baş verən geosiyasi proseslər, ekoloji, iqtisadi durum Avropa İttifaqını Azərbaycanla bu sahədə işbirliyini genişləndirməkdə maraqlı tərəf edib. Bundan əlavə digər mühüm məsələ əməkdaşlqıda etibarlılıq və təhlükəsizlik məsələləridir ki, regionda böyük güc mərkəzinə çevrilən ölkə heç şübəhsiz Azərbaycan Respublikasıdır. Qeyd edək ki, Avropa ittifaqı bu sahədə Azərbaycan Respublikası ilə 2006-cı ildən bəri əməkdaşlıq edir. İki tərəf arasında baş tutuan görüşlər və imzalanan sənədlər Azərbaycan Respublikasının həm regionda, həm də dünayda geosiyasi, geoiqtisadi baxımdan əhəmiyyətli mövqeyə malik olmasını bir daha sübut edir. Bu məsələdə Cənub Qaz Dəhlizi və onun vasitəsi ilə Azərbaycan qazının Avropaya ixracı əhəmiyyətli mövqeyə malikdir. Bu proses cari ilin iyul ayının 18-də Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində keyfiyyətcə yeni memarandumun imzalanması ilə nəticələndi. Bu artıq Avropanın enerji xəritəsinin dəyişməsi anlamına gəlir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bəyanatlarla mətbuatda çıxışları zamanı ölkə başçısı Cənab Prezident İlham Əliyev iki tərəfli əlaqərin inkişafında memorandumun əhəmiyyətindən bəhs edərək bildirmişdir: “Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir”.Göründüyü kimi, Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurlu davamı müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini daha da artıracaq. Ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun güc mərkəzinə çevrilən Azərbaycan Respublikasının mərkəzində durduğu strateji əhəmiyyətə malik enerji laiyhələri və onların uğurlu icrasına bütün dünya şahidlik edir. Bu bir faktdır ki, regionda hər hansı bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan gerçəkləşmir. Məhz bu da Azərbaycan Respublikasının milli maraqlara söykənən xarici siyasətinin təməl daşlarından biridir. Belə mütərəqqi nəaliyyətlər isə heç şübhəsiz Müzəffər Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində xalqımıza bəxş etdiyi Şanlı Zəfər və regionda yaranan reallıqlar nəticəsində əldə olunmuşdur. Bu da, ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Vasif Nəbiyev
YAP Yasamal rayon təşkilatının məsləhətçisi