PDF Oxu

Siyasət

  • 2 753

"Azərbaycanın uğuru bütün dünya tərəfindən diqqətlə izlənilir" - SABİQ SƏFİR ŞƏRH ETDİ

"Azərbaycanın uğuru bütün dünya tərəfindən diqqətlə izlənilir" - SABİQ SƏFİR ŞƏRH ETDİ

"Artıq 30 illik həsrət bitdi. Zəngilanın Ağalı kəndi sakinləri artıq öz dədə-baba yurdlarına qayıtdılar". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.Onun sözlərinə görə, bununla da Böyük Qayıdışın ilk mərhələsi başlayıb: "44 günlük Vətən müharibəsindən sonra qısa müddət ərzində Azərbaycan Qarabağı yenidən dirçəltməyə, çiçəkləndirməyə başladı. Bir il yarım müddətdə çox böyük uğurlara imza atıldı. 7 aylıq müddətdə Füzuli Hava Limanının inşası başa çatdı. Şuşa günü-gündən çiçəklənir. Azərbaycanın bu uğuru bütün dünya tərəfindən diqqətlə izlənilir. Türkiyə olaraq təbii ki, öz torpağı, Vətəni saydığı üçün Böyük Qayıdışın başlanmasına çox sevinirik. Digər məcburi köçkün və qaçqınlar ən qısa müddətdə həsrətini çəkdikləri doğma torpaqlarına, evlərinə qayıdacaqlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün və qaçqınlara böyük diqqət göstərib. Zəngilan rayonu Ağalı kəndində hazırda hər cür imkan yaradılıb. Qarabağa, bu torpaqlara köçən sakinləri təbrik edirəm. Başda Prezident İlham Əliyev olmaqla bu prosesdə əməyi keçən hər kəsə təşəkkür edirəm".

Arzu Qurbanlı

Digər xəbərlər