Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” vacib sənəddir. Azərbaycanın həyata keçirilən bütün layihələrdə son dərəcə şəffaf şəkildə öhdəliklərini yerinə yetirməsi, etibarlı tərəfdaş imicini qoruması yeni əməkdaşlıq üçün geniş zəmin yaratmaqda davam edir. Qlobal müstəvidə Azərbaycanla siyasi, iqtisadi əlaqələr partnyorlar tərəfindən məmnunluq xarakteri alır. Cari ilin 18 iyul tarixində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanması qeyd olunanların sübutu kimi təsdiqini tapır.Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşdə ölkə rəhbəri İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində fəal əməkdaşlığın on beş ildən artıq tarixi olduğunu diqqətə çatdırdı. Azərbaycanın böyük layihələrinin Avropanın enerji xəritəsini tamamilə dəyişdiyini bildirən dövlətimizin başçısı enerji təhlükəsizliyi məsələlərinin hazırda heç vaxt olmadığı qədər mühüm önəm daşıdığını qeyd etdi. Dövlət başçısı İlham Əliyev imzalanan Memorandumu gələcək üçün mühüm yol xəritəsi hesab etməklə planlaşdırılan bütün məsələlərin bundan sonra da uğurla icra olunmasına əminliyini bildirdi. Azərbaycan Prezidenti vurğuladı ki, Azərbaycan Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada münasibətlər qurur. Ona görə ki, Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşdır. Dövlət başçısı vurğuladığı kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırılan bütün məsələlərin həllinə nail olacağına heç bir şübhə yoxdur.Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen yeni ikitərəfli saziş üzərində ölkəmizlə çalışdığını qeyd edərək, məqsədlərinin iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlıq əlaqələrinin genişləndirməkdən ibarət olduğunu söylədi. İmzalanan saziş Avropa İttifaqı-Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafına böyük töhfə verməklə yanaşı, siyasi müstəvidə də geniş perspektivlərdən xəbər verir. Prezident İlham Əliyevin anonsunu verdiyi yeni saziş məhz bu sahəni ehtiva edir. Həm iqtisadi, həm siyasi baxımdan Avropanın bölgədə ən etibarlı tərəfdaşlarından olan Azərbaycan eyni statusda ABŞ-la da münasibət qurmaqla özünün beynəlxalq mövqelərini tam şəkildə möhkəmlədir.Azərbaycan bu gün öz maraqlarını birmənalı şəkildə həyata keçirmək qüdrətində olmaqla bərabər dost dövlətlərə də himayədarlıq etmək qüdrətindədir. Bu qüdrətin mənbəyi isə heç şübhəsiz ki, düzgün və dəqiq xarici kurs yürüdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nüfuzudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırda dünya liderləri arasında elə bir nüfuza və yüksək mövqeyə sahibdir ki, bu, ölkəmizin gücünə daha da güc qatır. Azərbaycan lideri dünya çapında öz inkişaf yolu ilə inamla irəliləyir. Avropa İttifaqı ilə imzalanan saziş də bunun bariz ifadəsi, yüksəlişə doğru atılan inamlı bir addımdır. Onu da qeyd edək ki, imzalanan Anlaşma Memorandumu ilə Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artırmaq üçün bir neçə il ərzində Cənub Qaz Dəhlizinin ötürücülük imkanının 20 milyard kubmetrə çatdırılacağı ilə bağlı tərəflərin üzərlərinə öhdəliklər götürməsi də mövcud əməkdaşlığın yeni inkişaf səviyyəsinə yüksəlməsindən xəbər verir.
Fərid Mustafayev
YAP Yasamal rayon AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini