PDF Oxu

Siyasət

  • 4 021

Ana dilimizi qorumaq bizim vətəndaşlıq borcumuzdur ŞƏRH

Ana dilimizi qorumaq bizim vətəndaşlıq borcumuzdur ŞƏRH

Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir.

Ulu öndər Heydər Əliyev

Tarixə nəzər salsaq görərik ki, Azərbaycan dili müxtəlif dövrlərdə dövlət dili kimi elan edilsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Azərbaycanın ən parlaq səhifələri Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra yazıldı. Məhz o vaxtdan Ulu Öndər Heydər Əliyev ana dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Nə milli kadrların hazırlanmasında, nə Azərbaycan dilinin inkişaf edilməsində, nə ana dilinin istifadə olunmasına nə diqqət yetirilirdi, nə də bir ciddi addım atılırdı. Mədəni və iqtisadi tənəzzülə aparan yolların qarşısını məhz ulu öndər Heydər Əliyev ideyası aldı. 70-85-ci illərdə aparılan islahatlar Azərbaycanın milli ruhlu yola çıxmasına kömək etdi. Elə o illərdə ümummilli lider Heydər Əliyev fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. İkinci hakimiyyət dövründə də ulu öndər Heydər Əliyev Azərbaycan dilinə böyük diqqət yetirib.1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsilə bağlı keçirilən müzakirələr nəticəsində Azərbaycan dili qanuni haqqı özünə qaytarıldı və noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu.Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ölkəmizdə hər il bu gün təntənəli surətdə qeyd edilir. Hər bir xalqın varlığını və kimliyini təsdiq edən onun ana dilidir. Ana dilimizi qoruyub saxlamaq hər bir azərbaycanlının borcudur. Azərbaycan əlifbasının latın qrafikasına keçid 1991-ci olmuşdur. Bütövlükdə latın qrafikasına keçid ulu öndər Heydər Əliyevin hakimiyyət dövründə başa çatdırılmışdır.Bir millətin yüksəlişi öz taleyinə sahiblənmək, dövlətini qurub və qorumaq qüdrətinin sübutudur. Dövlətin müstəqilliyini, ana dilimizi qorumaq və gələcək nəsilə ötürmək hər birimizin borcudur. Ana dilinin təbliğilə bağlı keçirilən tədbirlər qarşılıqlı anlaşmaya, tolerantlığa və dialoqa əsaslanan cəmiyyətin formalaşması üçün də vacibdir. Dünyanın 5 qitəsində təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlıları yaşayır. Uzun müddət Vətəndən kənarda yaşamaqlarına baxmayaraq öz ana dillərini unutmamışlar. Bu ana dilimizə verilən bir dəyərdir. Azərbaycanlılar hər zaman öz adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlamış, Vətənlə əlaqələrini itirməmişlər.Hal-hazırda da doğma dilimizə, milli adət ənənələrimizə həssaslıqla yanaşılır. Ümummilli lider Heydər Əliyevin ideyalarını layiqincə davam etdirən Cənab Prezident İlham Əliyev bu sahəyə böyük diqqət yetirir. Cənab Prezident İlham Əliyev 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı imzaladı. Beləliklə, kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi prosesini sürətləndirildi və milli kitabxana fondu zənginləşdirildi. Cənab Prezident İlham Əliyev: “Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur”.

Şəhla Xəlilova
YAP Yasamal rayon AMEA Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər