PDF Oxu

Siyasət

  • 2 692

"Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşıdır" - SİYASİ EKSPERT AÇIQLADI

"Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşıdır" - SİYASİ EKSPERT AÇIQLADI

"Azərbaycanla Avropa İttifaqı arasında təmaslar və görüşlər artmaqdadır. Bu da müsbət haldır. Çünki Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.Onun sözlərinə görə, bu gün Avropa İttifaqına məhz etibarlı tərəfdaş lazımdır: "Azərbaycan bu istiqamətdə Avropa İttifaqı ilə uğurlu əməkdaşlıq əlaqələri qurmuşdur. Avropa Komissiyasının Prezidenti xanım Ursula von der Layen ilə Prezident İlham Əliyevin geniş tərkibdə görüşü və imzalanan saziş və ardınca səslənən bəyənatlar da bunu təsdiq edir. Növbəti gün Prezident İlham Əliyev Avropa Parlamentinin deputatlarını da qəbul etmişdir. Bildiyimiz kimi Avropa İttifaqı bir neçə qoldan ibarətdir. Avropa Parlamentinin üzvlərinin bəzi qərəzli və hüquqi olmayan qətnamələri Avropa Komissiyası ilə hökumətimiz arasında uğurlu əməkdaşlığa bəzən uyğun gəlmir. Son görüşdə ölkə başçısı haqlı olaraq Avropa Parlamentinin ermənipərəst mövqeyini haqlı olaraq tənqid etmişdir. Lakin ümumilikdə Avropa Komissiyasının Prezidentinin ölkəmizə son səfərini və imzalanan sazişi bu istiqamətdə mühüm addım hesab etmək olar".

Arzu Qurbanlı

Digər xəbərlər