PDF Oxu

Siyasət

  • 3 339

"Rus sülhməramlıları sülhdən başqa hər şeylə məşğuldur" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rus sülhməramlıları sülhdən başqa hər şeylə məşğuldur" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan həmişə başqalarının tapşırıqları ilə təxribatlar törətməyə çalışıb. Təəssüf ki, bu gün də eyni siyasəti davam etdirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, Paşinyan və onun komandası çox gözəl başa düşür ki, bu təxribatlar onların ziyanınadır: "Amma bildiyimiz kimi Ermənistanı bu işə məcbur edənlər var. Bu, həm Rusiyanın hərbi elitasıdır, həm də İrandakı müəyyən qüvvələrdir. Onlar bu qarşıdurmada Azərbaycanın zəifləməsini istəyirlər. Ona görə də, nə vaxta qədər ki, bu qüvvələr mövcuddur Ermənistan elə o vaxta qədər təxribatçı əməllərindən əl çəkməyəcək. Bundan əlavə olaraq bu təxribatları həmçinin rus sülhməramlıları da törədir. Bu o deməkdir ki, rus sülhməramlıları sülhdən başqa hər şeylə məşğuldur.Prezident İlham Əliyev son çıxışında da Ermənistana və rus sülhməramlarına axırıncı xəbərdarlığını etdi. Azərbaycan Qarabağdakı erməni silahlı qüvvələrini oradan uzaqlaşdırmaq istəyir. Azərbaycan ilə Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması prosesinin uzanması sadəcə Ermənistana ziyandır. Azərbaycan öz şərtlərini elan edib. Ermənistan bu şərtləri qəbul edib sülh müqaviləsini imzalamalıdır. Əgər, bu olmasa, Azərbaycanın dəmir yumruğu hazırdır”.

Arzu Qurbanlı

Digər xəbərlər