PDF Oxu

Siyasət

  • 3 655

YAP Yasamal rayon təşkilatının əməkdaşları şəhid Kənan Dadaşzadənin ailəsini ziyarət edib

YAP Yasamal rayon təşkilatının əməkdaşları şəhid Kənan Dadaşzadənin ailəsini ziyarət edib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi Dadaşzadə Kənan Elman oğlunun ailəsi ziyarət olunub. Təşkilat nümayəndələri şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnətdar olmalıyıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır. Şəhidin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid Dadaşzadə Kənan Elman oğlu ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Zümrüd

Digər xəbərlər