PDF Oxu

Siyasət

  • 3 223

Azərbaycan dili tarixi köklərə əsaslanır ŞƏRH

Azərbaycan dili tarixi köklərə əsaslanır ŞƏRH

Tarixə nəzər saldıqda aydın olur ki, Azərbaycan dilinin qorunub saxlanılması uğrunda hər zaman mübarizə aparılmışdır. Düzdür, Azərbaycan dili müxtəlif vaxtlarda rəsmi dövlət dili kimi elan edilsə də, bu müddət çox da uzun sürə bilməmişdir. Sovetlər dönəmində, əsasən də 70-ci illərin ortalarında SSRİ tərkibində olan respublikaların ana dilinin rəsmi dövlət dili kimi sıxışdırılması prosesi başlanmışdır. Bu isə qəti şəkildə yolverilməz idi. Hər bir ölkənin dövlət dili onun Ana dili olmaqla yanaşı, həm də milli sərvəti sayılır. Cətin bir dönəmdə, Ulu Öndər Heydər Əliyev öz cəsarətli qətiyyəti ilə bu yolda mübarizəyə başladı. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində, ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.70-ci illərdə Yeni təsbit olunan Konstitusiya lahiyəsinə Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi prosesində böyük işlər görərək, nəticədə 1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir bənd salındı: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Qeyd olunan məsələ Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Bununla da Azərbaycan dili dövlət dili kimi öz statusunu almış oldu. Bəli, bu gün öz ana dilimizdə danışmağımızın, təhsil aldığımız məktəblərdə tədrisin ana dilində aparılmasının, dövlət orqanlarında sənədləşmənin dövlət dili olan Azərbaycan dilində aparılmasının və ən başlıca Azərbaycan Respublikasının rəsmi dövlət dili kimi Azərbaycan dilinin olmasının əsas səbəbkarı dahi lider Ulu Öndər Heydər Əliyev olmuşdur.

Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər