Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillər sırasında qəhrəman döyüşçülərimizin Vətən sevgisi, Vətən məhəbbəti, onların torpağa, yurda bağlılığı önəmli rol oynadı. Onlar Ermənistanın işğalı səbəbindən ölkəmizin hansı ağrı-acıları yaşadığını, neçə-neçə azərbaycanlı ailəsinin məhv edildiyini, valideynlərinin doğma yurdlarından didərgin salındıqlarını yaxşı bilirdilər. Onlar Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri heç zaman unuda bilmirdilər, Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilən Xocalı soyqırımını yaddan çıxarmır, günahsız qurbanların xatirəsini Vətən müharibəsi və Vətəni yaşadanlar... 4 daim əziz tuturdular. Bax, bütün bunlara görə də Vətən müharibəsində torpağa, Vətənə, dövlətə sonsuz sevgilərlə bağlı olan gənclərimiz şücaət göstərərək, parlaq qələbə qazandılar. Bu müharibədə müzəffər Azərbaycan Ordusunun igid əsgər və zabitləri hərb tarixinə düşəcək misilsiz hünərlə döyüşərək düşmənə qalib gəldilər.Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını xalqın tarixi yaddaşına həkk etdilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar. İşğal altında olan torpaqlar Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Əsgərinin yüksək döyüş qabiliyyəti nəticəsində Ermənistan silahlı qüvvələrindən azad edildi. Vətən müharibəsində parlaq qələbəmiz tarixən xalqımıza xas olan Ədalətə inamı artırdı, ədaləti özümüz bərpa və bərqərar etdik.Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin demişdir: “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub” Cənab Prezident İlham Əliyevin dediyi sözləri, adi vətəndaşdan tutmuş yüksək rütbəli məmura qədər, hər birimiz özümüzə örnək bilib, 44 gündə bizlərə qələbə sevinci yaşadan Şəhidlərimizin bizlərə əmanət etdikləri ailələrini, qazilərimizi və müharibə iştirakşılarının daim yanlarında olub, onların bütün problemlərinin həllində yaxından iştirak etməyi özümüzə borc bilməliyik.Bir daha Uca Tanrıdan işğal olunmuş ərazilərimizin azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə misilsiz şücaət və rəşadət göstərmiş şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Dünyada ən böyük nemət olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, enilməzlik, qəhrəmanlıq simvolumuzdur.Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri