PDF Oxu

Siyasət

  • 2 214

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir ŞƏRH

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir ŞƏRH

Zaman-zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Heç şübhəsiz, Azərbaycan xalqı da, bu baxımdan, tarixi şəxsiyyətlər yetişdirib və bu mənada Ulu Öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Xalqımızın böyük oğlu, Ümummilli lideri Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli Lider zirvəsinə yüksəltmişdir. Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranmışdır.Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır.Azərbaycandilli məktəblərin, maarifin inkişafına da təkan verdi və bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilməyə başlanmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyulun 18-də imzaladığı Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında, həmin il avqustun 9-da imzaladığı Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından əhəmiyyətli sənədlərdir.Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan Dili Günü kimi fəxarətlə qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Ümumilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə 2003-cü ilin yanvarın 2-də “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minibdir. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilmişdir.Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ümumiyyətlə, Azərbaycan xalqının Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik. Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev cənabları Ulu Öndərin dövlət dili siyasətini uğurla davam etdirərək, doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.

Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının əməkdaşı

Digər xəbərlər