PDF Oxu

Siyasət

  • 4 053

Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir ŞƏRH

image

Məlum olduğu kimi, 25 iyul tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına icra başçısı təyin etdi. Ölkə Prezidenti cənab İlham Əliyev hər üç rayonun yeni təyin olunan icra başçılarını qəbul edəndə onlara, ilk növbədə, rayonlarda vəziyyətin geniş təhlil olunması, mövcud nöqsanların aşkar edilməsi və aradan qaldırılmasını, eyni zamanda, şəhid ailələrinə, vətən müharibəsi iştirakçıları və qazilərə xüsusi diqqət göstərilməsini tapşırdı. Ölkə Prezidenti cənab İlham Əliyev cəmiyyətimizin həssas təbəqəsinin üzvləri olan çəhid ailələri, vətən müharibəsi iştirakçıları və qazilərimizin sosial-məişət şəraitlərinin diqqət mərkəzində saxlanılması, onların qayğıları ilə yaxından maraqlanmalarını və bu cür problemlərin aradan qaldırılması məsələsini xüsusi ilə vurğulamışdır. Dövlət başçısının “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub” sözləri mühüm əhəmiyyətə malik olan, ölkə Prezidentinin cəmiyyətin bu cür həssas təbəqəsinə diqqət və qayğısının bariz təzahürüdür. Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman sosial ədalət prinsipinə, vətəndaşların problemlərinin həllinə yönəlmiş məsələlərə xüsusi önəm verir. Qeyd etmək lazımdır ki, ölkəmizdə insan faktoru dövlər siyasətinin əsas və vacib istiqamətlərindən birini təşkil edir. Prezident cənab İlham Əliyev hərbçilərimizin sosial problemlərinin həllini, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasını hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Məhz ölkə Prezidentinin bu cür humanist və xeyirxah mövqeyi nəticəsində ölkəmizdə xalq-iqtidar birliyi gündən-günə möhkəmlənir və xalqımız hər zaman öz siyasi Liderini dəstəkləyir. Qeyd etmək lazımdır ki, 44 günlük Vətən Müharibəsindən sonrakı dövr ərzində Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən şəhid ailələrinin və qazilərimizin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün mühüm addımlar atılaraq onlar mənzil və avtomobillərlə təmin olunmuşlar. Eyni zamanda, qazilərimizin və vətən müharibəsi iştirakçılarının işlə təmin olunması da bu gün prioritet məsələlərdən biridir. Dövlətimizin şəhid ailələrinə, qazilərimizə və vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət, qayğı hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır və xalqın öz siyasi Liderinə olan inamını daha da artırır.

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər