PDF Oxu

Siyasət

  • 2 269

Ölkə başçısının etimad etdiyi məmurlar xalqa xidmət göstərməlidir ŞƏRH

Ölkə başçısının etimad etdiyi məmurlar xalqa xidmət göstərməlidir ŞƏRH

Ölkə Prezidenti cənab İlham Əliyev iyul ayının 25-də Masallı, Lerik və Göygöl rayon icra hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunması ilə əlaqədar onları qəbul etmiş və görüş zamanı icra hakimiyyəti başçıları, ümumiyyətlə, dövlət məmurlarının xalqın xidmətçisi olaraq əhalinin problemlərinin həll olunması istiqamətində görməli olduğu işlər barədə öz fikrini söyləmişdir.Biz bilirik ki, konstitusiyaya görə ölkəyə rəhbərliyi prezident edir. Ölkəmizdə hakimiyyət üç qola bölünür: Qanunvericilik, İcra və Məhkəmə. Hakimiyyətin bu bölgüsündə icra hakimiyyəti orqanlarının üzərinə daha məsul vəsifələr düşür. Mərkəzi icra hakimiyyəti orqanlarına nazirliklər, komitələr, agentliklər və s. daxildir. Yerli icra hakimiyyəti orqanları isə yerlərdə fəaliyyət göstərən icra strukturlarıdır. Rayonlara rəhəbrliyi isə ölkə prezidenti tərəfindən təyin edilmiş icra başçıları rəhbərlik edir. Son vaxtlarda KİV-də qanun pozuntusuna dair müvafiq bəzi rayon rəhbərlərinin cinayət məsuliyyətinə cəlb edilməsinin şahidi olduq. Yeni təyin edilən icra başçılarını qəbul edərkən cənab Prezident “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində regionlarda xeyli iş görüldüyünü, abadlıq və quruculuq işlərinin həyata keçirildiyini, əhalinin həyat səviyyəsini yüksəldən infrastruktur layihələrin icra olunduğunu, insanları narahat edən problemlərin böyük qisminin aradan qaldırıldığını qeyd etmişdir. Hansı rayonda icra başçısı xalqla sıx təmas qurmuş, onları narahat edən məsələlərə həssas münasibət göstərmiş, həlli mümkün olan problemləri yerində həll etmiş, qalan qlobal məsələlər mərkəzi icra hakimiyyəti orqanları qarşısında vaxtında qaldırmışsa, həmin məsələlər dövlət proqramı çərçicəsində həllini tapmışdır.Ölkə başçısı çıxışında onu da vurğulamışdır ki, bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərindən biri o idi ki, korrupsiyaya və rüşvətxorluğa qarşı biz amansız mübarizə aparılımalı və icra başçıları nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır. İcra başçıları əhali ilə sıx təmasda olmalı, onları narahat edən problemlərə həssaslıqla yanaşmalı, onlara mümkün olan köməklik göstərilməlidir.Cənab Prezident daha bir məqama toxunaraq idarəetmə sahəsində də aparılan islahatların, şəffaflığın təmin edilməsinin, hakimiyyət orqanları əliəyri kadrlardan təmizlənməsinin vacib olduğunu qeyd etmişdir. Mövcud tələbləri pozan məmurlar qanun qarşısında cavab verəcəklər. Biz kiminsə tamahına, kiminsə şəxsi marağına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Bütün məmurlar, o cümlədən icra başçısı əhali ilə yaxından təmasda olmalı, daim xalqın içərisində olmalıdırlar və onların problemlərini həll etməlidirlər. Əgər bütün məmurlar üzərlərinə düşən vəzifələri vaxtında həll etsələr, heç kəs mərkəzi orqanlara üz tutmaz.

Nəriman Orucov
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər