Siyasət

  • 2 670

Lerikdə şəhidin doğum günü qeyd olunub

image

Lerik rayonunun Anbu kəndində şəhid gizir Əhmədov Tural Əkrəm oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri Tural Əhmədovun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, şəhid Tural Əhmədov 2021-ci il noyabrın 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı AQS-17 silahından atəş açarkən qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalır.

yap.org.az

Digər xəbərlər