Siyasət

  • 2 652

Şəhidlərin xatirələri anılıb

image

Biləsuvar rayonunun Nərimankənd kəndində şəhid Əliyev Pərvin Səlahəddin oğlunun və şəhid Hüseynov Rahil Əfsər oğlunun şəhidlik zirvələrinə yüksəlmələrinin ildönümləri ilə əlaqədar anım mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilat əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və ictimaiyyət nümayəndələri mərasimdə iştirak ediblər.
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı bildirib ki, şəhidlərimiz xalqımızın yaddaşında bizlərə qələbəni yaşadan əbədi qəhrəmanlar olaraq daim yaşayacaqlar. Bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəticəsində həm də Birinci Qarabağ müharibəsi şəhidlərinin qisası alındı. Şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənimizin bütövlüyünü təmin etdilər. Azərbaycan xalqının yenilməz, mübariz xalq olduğu bir daha öz təsdiqini tapdı. Şəhidlərimizin ruhu bu gün şaddır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşub, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalanır.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra kənd qəbiristanlığında şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
Qeyd edək ki, gizir Pərvin Əliyev və kiçik gizir Rahil Hüseynov 2014-cü ilin 1-3 avqust tarixləri arasında qoşunların təmas xəttində baş verən döyüşlər zamanı şəhid olublar.

yap.org.az

Digər xəbərlər