Siyasət

  • 2 514

“Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri bu gün də yüksək səviyyədədir”

image

03 avqust 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri bu gün də yüksək səviyyədədir” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin nümayəndələri, din xadimləri, partiya veteranları, fəalları və gənclər iştirak ediblər.Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.Seyfəddin Əliyev bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – Azərbaycançılığın təşəkkül və inkişafında müstəsna rol oynayıb. Sovet dövründəki dinlə bağlı sərt qadağalar, din xadimlərinin repressiyalara məruz qalması, bütün dinlərə aid ibadət ocaqlarının dağıdılması, o cümlədən müstəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi, din sahəsindəki pərakəndəlik dinlə bağlı daha həssas, qətiyyətli, həm də məqsədyönlü siyasətin həyata keçirilməsinə zərurət yaratdı. Məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə etiqad azadlığı üçün şərait yaradıldı, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilməyə başlanıldı. Müstəqil dövlətin ilk milli Konstitusiyasında dini etiqad azadlığı, vicdan azadlığı tam şəkildə təmin edildi, dünyəvilik prinsipi dövlət-din modelinin əsası kimi müəyyənləşdi.Seyfəddin Əliyev qeyd edib ki, Azərbaycanın təməl prinsiplərini Ulu Öndərin ideyaları təşkil edən bugünkü nümunəvi dövlət-din, tolerantlıq modeli öz bəhrəsini verir. Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, bu nümunə dünya ölkələri tərəfindən nümunəvi model kimi qəbul olunur. Dini məbədlərin inşası, bərpası və qorunması istiqamətdə Birinci-vitse Prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd edən təşkilat sədri Fondun həyata keçirdiyi işlərin təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurduğunu bildirib.Azərbaycanın dövlət-din modelinin milli həmrəylik baxımından önəminə toxunan YAP Masallı rayon təşkilatının sədri onun dinlərarası anlaşma ideyası təlqin etdiyini, Vətən müharibəsi dövründə nümunənin, milli-dini həmrəyliyimizin sınaqdan uğurla çıxdığını, ölkəmizdə yaşayan müxtəlif dinlərin, etnosların nümayəndələrinin Azərbaycançılıq ideyası ətrafında “Dəmir yumruq” kimi birləşdiyini deyib. Azərbaycanda dini məbədlərin qorunması, bərpası, dini etiqad azadlığının milli dəyərlərimizin əsasında inkişaf etməsi həmişə diqqət mərkəzində yer aldığını qeyd edən natiq bildirib ki, təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən Qarabağda nəzərdə tutulan əsas infrastruktur layihələrindən biri də məhz məscidlərin, qədim abidələrin bərpası olub. Prezident İlham Əliyev ailəsi ilə birlikdə Ağdam və Şuşa şəhərlərinə səfəri zamanı burada bərpa edilən məscidlərə baş çəkib, görülən işlərlə yerində tanış olub. Bu, onun islam dininə göstərdiyi yüksək ehtiramın əyani sübutudur.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı Bölgəsi üzrə şöbə müdiri Elvin Hüseynli çıxış edərək Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri var. Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, dini abidələrimizin bərpası istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığı ilə bağlı bir sıra mühüm müddəalar salındı. Azərbaycanın əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, konstitusiyada bütün dinlərin bərabərhüquqlu, hər bir vətəndaşın etiqad azadlığı olduğu xüsusi vurğulandı. Bununla dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu.Tədbirdə Masallı şəhər Cümə məscidinin imamı Məftun Hüseynov, təşkilat sədrlərindən Əfrail Fərziyev, Zayid Məmmədov və başqaları çıxış edərək tarixi şəxsiyyətin dini sahəyə qayğısına diqqət çəkərək Onun İslam dininə olan ehtiramı, məscidlərin və digər dini ibadət yerlərinin yenidən qurulmasına verdiyi töhfələr barədə danışıblar. Bildirilib ki, Ümummilli Liderin xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, məscidlərin, ziyarətgahların bərpası ilə bağlı tədbirləri həyata keçirməsi Onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır.

Rəfiqə

Digər xəbərlər