Siyasət

  • 1 796

Azad olunmuş ərazilərimiz inkişaf etdiriləcək ŞƏRH

image

Ölkəmiz o qədər zəngin iqlim şəraitinə malikdir ki, xüsusən də, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatını inkişaf etdirmək üçün çox münbit iqlim, həm də təbii şərait var. Bu baxımdan, bu ərazilərdə həm maldarlığı, həm də bitkiçiliyi inkişaf etdirmək üçün tam şərait var. Biz əlbəttə ki, bundan maksimum dərəcədə səmərəli şəkildə istifadə etməliyik. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı onu da qeyd edib ki, - “Mən hesab edirəm ki, azad edilmiş torpaqlarda biz taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq, əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə. Xüsusilə nəzərə alsaq ki, bizim əsas çaylarımız da erməni işğalına məruz qalmışdır. Mənfur düşmən bizi öz suyumuzdan da məhrum etmişdir. Bildiyiniz kimi, Tərtər çayının suyundan biz faktiki olaraq istifadə edə bilmirdik. Həkəri çayın, Bazarçayın suyundan istifadə edə bilmirdik. Bu, azad edilmiş torpaqlarda əsas çaylardır. Amma o çayların sayı daha çoxdur.”30 ilə yaxın işğal altında qalan ərazilərin Azərbaycanın iqtisadiyyatına vurduğu zərər milyardlarla dollardan artıq olmuşdur. Uzun müddət işğal altında olan ərazilərin yerüstü və yeraltı sərvətlərindən istifadə imkanının olmadığına, mövcud geosiyasi gərginliyin ümumilikdə regionun inkişafına da mənfi təsir göstərdiyinə yönəldərək qeyd edib ki, işğaldan azad olunan ərazilərin təbii ehtiyatları, xüsusilə kənd təsərrüfatı potensialı ölkəmizin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. İşğaldan azad olunan ərazilərin inkişaf etdirilməsi üçün ilkin zəruri addımlar atıllır. İlk növbədə, ərazidə minatəmizləmə işləri aparılır. Ölkəmiz Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasəti nəticəsində qısa zaman ərzində qarşıya qoyulan hədəflərə nail olacaq.

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri

Digər xəbərlər