Siyasət

  • 979

Nəsimi rayonunda şəhidin xatirəsi yad edilib

image

Nəsimi rayonunda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan hərbi qulluqçusu şəhid Hüseynzadə Həmidağa Bağı oğlunun doğum günü qeyd olunub. Vətən müharibəsi şəhidi Hüseynzadə Həmidağanın doğum günü ilə əlaqədar Nəsimi rayon icra hakimiyyəti başçısı Asif Əsgərov, Abşeron rayon icra hakimiyyəti başçısı Abdin Fərzəliyev, Yasamal rayon icra Hakimiyyəti başçısının I müavini Hüseyn Əfəndiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülvi Quliyev, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və üç rayonun ictimaiyyət nümayəndələri, Müdafiə Nazirliyinin nümayəndələri və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd etmək lazımdır ki, Həmidağa Hüseynzadə 28 sentyabr 2020-ci ildə Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseynzadə Həmidağa ölümündən sonra "Vətən uğrunda", 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalları və 09.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ" ordeni ilə təltif olunub .

Nəzakət Ələddinqızı

Digər xəbərlər