Siyasət

  • 1 593

Prezident İlham Əliyevin regionlara hər səfəri uğurların təməli və müjdəsidir ŞƏRH

image

Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikamızda ümummilli lider Heydər Əliyev və Onun siyasi yolunun davamçısı olan Prezident İlham Əliyev tərəfindən regionların inkişafı daima prioritet məsələlərdən biri olmuşdur. Ən əsası da aparılan işlərə nəzarəti Prezident cənab İlham Əliyev bilavasitə özü edir. Məhz bu səbəblə də dövlət başçısının müntəzəm olaraq regionlara səfər etməsi və bütövlükdə Azərbaycanın iqtisadi baxımdan güclü dövlətə çevrilməsi üçün mühüm addımlardır. Bu baxımdan regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayan və bu istiqamətdə kompleks tədbirlər həyata keçirən Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasını mütəmadi olaraq şəxsən yoxlaması və bölgələrin təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il xüsusi müşavirələr keçirməsi bir daha təsdiq edir ki, regionların inkişafı dövlət başçısının fəaliyyətində prioritet təşkil edir. Həmçinin, Prezident İlham Əliyevin bölgələrə hər səfərindən sonra həmin regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Bu mühüm addımın bölgələrin inkişafına nə kimi təsir göstərdiyi əldə olunan sosial-iqtisadi göstəricilərdən daha aydın görünür. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, hər bir şəhər, bölgə, kənd və qəsəbə bu inkişafı, tərəqqini öz həyatında hiss etməlidir. Bu məqsədə nail olmaq üçün birgə səylərin göstərilməsi, icra strukturlarının öz səlahiyyətlərini yüksək səviyyədə yerinə yetirmələri bir tələb kimi qarşıya qoyulur. Məhz bu baxımdan Prezident İlham Əliyevin bu günlərdə Qobustan-Ağsu-İsmayıllı səfəri, səfər çərçivəsində bir sıra mühüm sosial obyektlərin açılışında və görülən işldərlə tanış olması dövlətimizin başçısının uğurlu siyasətinin göstəricisidir.

Ölkə Prezidenti səfər çərçivəsində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində günümüzün aktual məsələlərinə, görülən və görüləcək işlərə bir daha nəzər salaraq bu əminliyi ifadə etdi ki, gələcəyə nikbinliklə baxıram. rayonlarında da infrastruktur layihələri davamlı olaraq icra edilir. Belə ki, rayonda qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuş və elektriklə təchizat tam təmin edilmişdir. Yolların çəkilişi ilə bağlı böyük işlər görülmüş və hazırda da bu istiqamətdə tədbirlər davam etdirilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmiş, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. Hər iki rayonda iş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilmişdir.

Dövlət başçısı ərzaq və qida təhlükəsizliyi mövzusu ilə bağlı məsələyə aydınlıq gətirərək bildirib ki, dünyada mövcud olan kəskin hərbi-siyasi qarşıdurma və tüğyan edən pandemiya bəşəriyyəti aclıq təhlükəsi ilə üz-üzə qoyub. «Bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var. O cümlədən Azərbaycan da bu istiqamətdə fəal iş aparır»,-deyən dövlət başçısı bildirib ki, görülmüş və görüləcək işlər nəticəsində biz özümüzü bu sahədə də təmin etmiş ölkəyə çevirəcəyik və ərzaq təhlükəsizliyi məsələləri, əminəm ki, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq. Biz əlbəttə, öz iqtisadiyyatımızı dünya iqtisadiyyatına inteqrasiya edərək bazar iqtisadiyyatının bütün təməl prinsiplərini Azərbaycanda tətbiq etdik. Bu gün Azərbaycanın ümumi daxili məhsulunun strukturuna baxsaq, görərik ki, ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır, həm yerli şirkətlər, həm xarici investorlar, xarici şirkətlər. Belə olan halda dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür, bizə də təsir edir. O cümlədən, dünyada mövcud olan ərzaq mallarının bahalaşması da, əlbəttə ki, bizə də təsir edir. Bu il dünyanın əksər ölkələrində inflyasiya ikirəqəmli inflyasiyadır. Bildiyiniz kimi, inkişaf etmiş ölkələrdə inflyasiya çox aşağı səviyyədə olur. İndi biz hətta o ölkələrdə ikirəqəmli inflyasiyanı görürük.

Dövlət başçısı, həmçinin ərzaq mallarının qiymətinin qalxması məsələsinə də aydınlıq gətirərək bildirib ki, biz hələ də özümüzü tam, yəni, 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik. Ancaq bu istiqamətdə ardıcıl işlər aparılır. Məsələn, bizim üçün ənənəvi olmayan heyvandarlıq sahəsində, yəni, - mən sovet dövrünü nəzərdə tuturam, o vaxt heyvandarlıq Azərbaycanda demək olar ki, az inkişaf etmişdi, - bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağıq, baxmayaraq ki, tələbat da artır. Bir sözlə, bütün bunlar onun göstəricisidir ki, Azərbaycan davamlı inkişaf xəttindədir. Azərbaycan Prezidentinin bölgələrə hər bir səfəri regionların inkişafına, vətəndaşların rifahına, hətta ən ucqar kəndlərdə yaşayan insanların layiqli həyat şəraitinin təmin edilməsinə yönələn uğurlu siyasətidir. Və xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da Azərbaycanın böyük uğurlar əldə edəcəyinə inanır.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, milllət vəkili

Digər xəbərlər