“Videolar və görüntülər tədbirin mahiyyətini bir daha sübut etdi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bir növ humanistlik nümayiş etdirdi”. SİA xəbər verir ki, bu sözləri “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov Ekoloji yönümlü QHT-lərin Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı tədbirdə deyib.Onun sözlərinə görə, istər Ağdam, istər Laçın, istərsə də Kəlbəcərin boşaldılması ilə bağlı ermənilərə müddət verilmişdi ki, rahat şəkildə bu əraziləri tərk etsinlər: “Amma erməni əhalisi təhlükəsiz şəkildə Azərbaycan torpaqlarını tərk etmək əvəzinə, bizə qarşı ekeoloji və digər terror aktları törədirlər”.Azər Allahverdiyev sözlərinə belə davam edib: “Ermənilərin evləri və meşələri yandırmaqları azmış kimi, bu torpaqlara əlavə minalar da yerləşdirirlər. Bu, erməni xalqının xislətini nümayiş etdirir. Onlarda bizə qarşı patoloji nifrət var”.
Ayşən Vəli