PDF Oxu

Siyasət

  • 2 737

Ölkəmizdə infrastruktur layihələri icra edilir

Ölkəmizdə infrastruktur layihələri icra edilir

Bildiyimiz kimi, son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Prezident İlham Əliyevin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Bölgələrdə aparılan işlərə nəzarəti Prezident İlham Əliyev bilavasitə özü aparır. Basqal qəsəbəsinə səfər zamanı Prezident İlham Əliyev bildirib ki, bu ərazidə geniş infrastruktur layihələri icra edilir. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük işlər görülür. İsmayıllı və Ağsu rayonunda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı isə, kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun eyni hissəsində təmir işləri icra edilib. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmiş,100-ə yaxın məktəb inşa edilmiş, və ya əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib.Basqal ölkəmizin qədim kəndlərindən biridir. Bu yerin tarixi siması qorunmalıdır, eyni zamanda burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, iş yerlərinin açılması üçün yeni imkanlar olmalıdır. Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılmışdır və orada işləyənlər də yerli sakinlərdir.Yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daima diqqət mərkəzindədir. Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti bölgə iqtisadiyyatına töhfə verir. Orada da 200-ə yaxın iş yeri açılıb. Əhalinin artması iş yerlərinə tələbatı artırır. Özəl sektor üçün yaradılmış şərait yeni iş yerlərinin acımasına kömək edir. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verməkdədir.Azad edilmiş ərazilərdən söhbət açan cənab Prezident həmin ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün münbit iqlim və təbii şərait olduğunu qeyd etdi. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Kəlbəcər, Laçın Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür.Prezident öz çıxışında “Qisas” əməliyyatına da toxunub. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidini qanı düşmənlərə baha başa gəldi. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab yenə eyni olacaq. Və heç kim bizə mane ola bilməz.Bu gün danışıqlar masasında hər hansı bir statusdan söhbət belə getmir. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Onlar başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan asılıdır. Çünki Ermənistan öz təsir imkanlarını itirmək üzrədir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək.Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bunu heç kim, heç nə dəyişə bilməz.

Telli Rüstəmova
Xəzər rayonu, şəhid Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi

Digər xəbərlər