Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində səfərdə olarkən Azərbaycan Televiziyasına müsahibə verərək öz təəssüratlarını bölüşmüşdür.Müntəzəm xarakter daşıyan səfərlərin məqsədi bölgələrdə vəziyyətlə yaxından tanış olmaq, nəzarət etmək, quruculuq - abadlıq işlərinin səmərəli olmasını təmin etməkdir. Vətənə olan sevgi və ehtiramı daim əməlləri ilə isbat edən Prezident İlham Əliyev hər zaman olduğu kimi ata vəsiyyətinə əməl edərək Azərbaycanın çiçəklənməsi yollarında yorulmadan çalışır. Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyinə yüksək önəm verərək deyirdi: "Hər bir Azərbaycan vətəndaşı müstəqil dövlətimizin fəal qurucusu olmalıdır". Məhz bu fikirlərə istinad edərək Prezidentimiz ölkənin rifah vəziyyətinin yaxşılaşdırılması üçün əməli işlər görərək Azərbaycanın iqdisadi, siyasi, mədəni sahələrdə düzgün mövqeyini müəyyənləşdirərək inamla irəliləyir. İlham Əliyev azad Azərbaycanımızın azad vətəndaşlarının işıqlı sabahları, nurlu gələcəklərinin olması üçün çalışır. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə sadiq, vətən üçün təhlükə hiss etdiyi an vətən torpağını əyninə geyməyə malik vətəndaşlarımız vətənimizi uğurlu gələcəyə aparmağa qadir böyük qüvvədir. Vətəndaşlarımıza layiqli həyat bəxş etmək quruculuq islahatlarının təməl daşlarıdır. Ölkə başçısı quruculuq-abadlıq işlərinin istiqamətlərini təşkilatı hüquqi əsaslarını təmin etmək məqsədi ilə ictimai-siyasi, sosial-iqdisadi, təşkilati-hüquqi şəraitin yaradılmasına və icra olunmasına xüsusi önəm verir. Quruculuq işləri hər bir fərdə böyük qayğı bəxş edəcək. Bu yol müstəqil Azərbaycanın gələcəyinin yoludur.Hər bir azərbaycanlı öz həyat yolunu cəmiyyətdə, vətəndə, ölkədə öz vəzifələrini layiqincə yerinə yetirməklə çalışmalıdır. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycanı qarış-qarış gəzərək hər bir sadə vətəndaşın sənəti, peşəsi, arzuları ilə səmimiyyətlə maraqlanırsa, bu xalq və hakimiyyətin bir amal uğrunda Azərbaycanın maraq və istəklərinə uyğun inkişafına yönəldilmiş mütərəqqi addımdır. Ölkəmizin tarixi keçmişinə ehtiramla yanaşan bu gününü və sabahını ona layiqli şəkildə yaşamağa yönəldilmiş quruculuq işləri hər istiqamətdə öz sözünü deyəcək, uğurlara imza atacaqdır.İnsan qarşısına qoyduğu məqsədə çatmaq üçün çalışmalı, mübarizə aparmalıdır, qəlbindən gələn səsə qulaq asmalıdır. Müvəffəqiyyət heç vaxt gözlədiyimiz yerə gəlməyəcək. Bunun üçün çalışmalı, zəhmət çəkməli, uğura doğru irəliləməliyik.
Gülarə Salami
Xəzər rayonu, 125№-li tam orta məktəbin müəllimi