PDF Oxu

Siyasət

  • 2 243

REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI, HƏM DƏ DÖVLƏTİMİZİN GÜCLƏNMƏSİ DEMƏKDİR ŞƏRH

REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI, HƏM DƏ DÖVLƏTİMİZİN GÜCLƏNMƏSİ DEMƏKDİR ŞƏRH

Bir neçə gün öncə İsmayıllı və Ağsu rayonlarına səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bölgənin sosial-iqtisadi inkişafı ilə maraqlanmış, bu sahədə göstəriş və tapşırıqlarını vermişdir. Son illərdə İsmayıllı və Ağsu rayonlarında xüsusi ilə infrastruktur layihələrinin icrasına diqqət artırılmışdır. Bununla bərabər yerli sakinlərin işlə təmin olunması da böyük əhəmiyyət daşıyır. Bir çox sahələrdə uğur qazanan dövlətimiz iqtisadiyyatımızı dünya iqtisadiyyatına inteqrasiya etmək üçün daim çalışır. Bu hal özlüyündə müsbət qarşılansa da, bəzən zərbələri də ola bilir. Belə ki, son zamanlar qlobal iqtisadiyyatda baş verən sarsıntılar, qiymətlərin sürətlə artması, ərzaq böhranı müşahidə edilir və bunlar Azərbaycan iqtisadiyyatına təsir edir. Düzdür, Azərbaycan özünü bir sıra ərzaq məhsullarının böyük qismi ilə təmin edir. Lakin taxıl ilə təminat sahəsində ölkəmizdə hələ istənilən nəticə əldə edilməmişdir. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlanır, yeni növ subsidiyaların tətbiq edilməsinə start verilir. Bunun üçün ölkəmizdə, o cümlədən, erməni işğalından azad edilmiş ərazilərimizdə kənd təsərrüfatı ilə məşğul olmaq üçün hərtərəfli münbit şərait yaradılmışdır. Azad olunan torpaqlarımızda həm heyvandarlıq, həm də bitkiçilik üçün əlverişli imkanlar var. Kəlbəcər, Zəngilan, Laçın rayonlarında heyvandarlığın inkişafı yolunda konkret addımlar atılır. Füzuli, Cəbrayıl, Ağdam rayonlarında isə, ilk növbədə, bitkiçiliyin inkişafı planlaşdırılır.Əslində, dövlətimiz işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturu və iqtisadiyyatı bərpa etməklə bərabər bir müddət əvvələ qədər həmin torpaqlarda özlərini söz sahibi bilən ermənilərin tör-töküntülərini də zərərsizləşdirir. 2020-ci ilin noyabr ayında Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı Bəyənnamənin tələblərinə tabe olmayan ermənilər vaxtaşırı əl atdıqları təxribatlarla bizi qorxudacaqlarını düşünürlər. Lakin bir neçə gün öncə müzəffər ordumuzun həyata keçirdyi “Qisas” əməliyyatı göstərdi ki, Azərbaycan dövləti ilə zor gücünə danışmaq olmaz. Artıq hər kəs yaxşı anlayır ki, Qarabağda yaşamaq istəyən ermənilər nəinki müstəqillik və status, hətta hər hansı xüsusi imtiyaz haqqında düşünməməlidir.

Cavid İsmayılov
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər