Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Zaqatala şəhərində Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə SİA-ya qurumdan bildirilib.
Məlumata görə, qəbul şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriib. Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bəziləri yerində həll edilib, digərlərinin araşdırılması məqsədilə aidiyyəti üzrə yönləndirilib.