“Ermənistan sərhədlərdə və təmas xəttində təxribaltarı dayandırtmaq fikrində deyil. Bütün hallarda baş verən proseslər onların təhlili belə qənaətə gəlməyə əsas verir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev bildirib.Onun sözlərinə görə, açıq şəkildə görsənir ki, Ermənistanın məqsədi bölgədə davamlı sülhün qarşısını almaqdır: “Bir tərəfdən noyabrın 10-da imzalanmış sənədlərin icrtasını mümkün qədər gecikdirməyə çalışır, yəni nə sərhədlərin dəqiqləşməsinə imkan vermək fikrindədir, nə də regionda özündən başqa kiməsə sərf edən kommunikasiyaların bərpasına imkan vermək istəmir. Yalnız özünün marağında olan kommunikasiyaların və iqtisadi əlaqələrin işləməsini istətir. O cümlədən Qarabağla, Xankəndi ilə İrəvan arasında hansısa biz yerüstü infrastrukturun qurulmasını istəmir.Ermənistan bu günə qədər Qarabağ münaqişəsinin ən yüksək səviyyədə dövlətimiz tərəfindən həll olunduğunu etiraf etməyib. Açıq şəkildə elan edib ki, Azərbaycandan fərqli olaraq biz Qarabağ probleminin həll olunduğunu düşünmürük. Ortada əgər belə qəti mövqe varsa Ermənistan bu təxribatları hələ də davam edəcək. Bu təxribatların qarşısını almaq üçün Azərbaycanın bir mexanizm üzərində düşünüb vaxt itirmək lazım deyil. Ona görə ki, Ermənistan tək deyil, yəni onu bu təxribatları törətməyə vadar edən kənar qüvvələr var, həm də Ermənistanın bu təxribatları törətməkdə özünün marağı var. Azərbaycan onların bu niyyətini dünyaya çatdırmalıdır. Heç bir halda imkan vermək olmaz ki, Ermənistan bu tədribatları davamlı regional toqquşmalara çevrilsin”.
Müəllif: Abutel İlhamqızı