"Ermənistanda “Hayastan” siyasi bloku daha çox xarici qüvvələrə bağlı olan və hazır ki, Nikol Paşinyan hakimiyyətinə qarşı kifayət qədər sərt mövqedə dayanan şovinistlərdən ibarətdir. Ona görə də, “Hayastan” blokunun Ermənistanda müxtəlif dövrlərdə provikasiyalara əl atmağı artıq gözlənilən nəticədir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.Onun sözlərinə görə, Nikol Paşinyan onun hakimiyyəti də, “Hayastan” blokunun təxribatlarının davamlı olacağını yaxşı başa düşürlər: "Bundan əvvəldə bir neçə ay fasiləsiz mitinqlər baş verdi. Mitinqlərdə “Hayastan” blokunun sistemində olan millət vəkilləri də aktiv şəkildə fəaliyyət göstərirdilər. Bu kimi proseslərin baş verməsi bir daha ona əsas verir ki, Ermənistandakı revanşist qüvvələr hələ də xalqı aldada biləcəyini və proseslərə mənfi təsir edəcəklərini düşünürlər. Mən düşünürəm ki, Robert Köçəryan və onun tərəfdarları bir anda prosesləri məcrasından çıxarmaq üçün ermənistanda bir çox sahələr üzrə təxribatlar həyata keçirəcəklər. "Hayastan" blokunun mövcud olduğu bir dönəmdə eyni zamanda sərhədlərin dermitasiya və demakrasiyası ilə bağlı azərbaycan və ermənistan arasında bir çox sahələr üzrə problemlərin davam etdiyi halda təxribatların davamlı olacağını düşünürəm. Fikrimcə, Robert Köçəryan və onun tərəfdaşları prosesləri məcrasından çıxarmaq üçün ermənistanda bir çox sahələr üzrə təxribatlar həyata keçirəcəklər".
Müəllif: Banuçiçək Hüseynli
sia.az