PDF Oxu

Siyasət

  • 2 654

“Xalq kimin kim olduğunu çox yaxşı bilir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Xalq kimin kim olduğunu çox yaxşı bilir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Cəmiyyətimizdə bəzi özünü siyasətçi adlandıranlar vardır ki, mütəmadi olaraq gündəmə gəlməyə çalışır və ya hansısa anti-Azərbaycan dairələrdən verilən təlimatları səsləndirməklə öz missiyalarını yerinə yetirmiş olurlar”.

Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.Onun sözlərinə görə, xüsusilə də bu adamlar sovet imperiyasının süqutu dövründə yaranmış boşluqlardan yararlanaraq özünü tanıtdıra bilmiş bir qrup insanlardır: “Belələrindən biri də Nemət Pənahlıdır. Bu adamın xalq, cəmiyyət, ölkə qarşısında heç bir xidməti olmasa da, imkan tapıb 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində bir-iki kəlmə nə isə qışqırması nəticəsində ortalığa atılmışdır. Təbii ki, vətənpərvər maskası ilə maskalanaraq anti-Azərbaycan maraqlarını təmin etmək istəyən bir qrup kimi. Siyasi savadsızlığı və düzgün bir mövqeyinin olmaması Nemət Pənahlının 30 ildən çox bir dövrdə öz yerində sayması ilə nəticələnib.Haqlı yerə sual yaranır. Kimdir bu Nemət Pənahlı və onun bu günə qədər xalq, ölkə qarşısında hansı xidmətləri var? Pafoslu fikirlər səsləndirmək, siyasi intriqalarla məşğul olmaq, gündəmdə qalmaq xatirinə əsassız iddialarla çıxış etmək əsla siyasətlə məşğul olmaq və ya xalqa xidmət etmək hesab edilə bilməz. Bu “qaranlıq” adamın fəaliyyət tarixcəsinə nəzər saldıqda bəlli olur ki, o, həmişə haralarasa “xidmət edən” bir fiqur olub. İstədikləri vaxt onu danışdırıb gündəmə gətiriblər, istədikləri vaxt da qanadları altında gizlədiblər.Nemət Pənahlının ən “fəal” vaxtları 90-cı illərin əvvəlləri olub. Bəs, o zaman nə işlə məşğul idi bu şəxs? Görünən odur ki, onun məqsədi 1990-cı ilin 20 yanvar hadisələri öncəsi sadə insanları proseslərin mərkəzinə çəkərək daha ağır fəsadlara şərait yaratmaq olub. Nemət Pənahlı o zaman kimlərin təlimatlarını yerinə yetirirdi? Əgər o da xalqdan biri idisə, nə üçün 20 yanvar hadisələri zamanı xalqın arasında olmayıb? Çünki hadisələr baş verən zaman Nemət Pənahlı yenə də sifarişini icra etdiyi dairələrin qanadları altında gizlənmişdi. Odur ki, belələrinin heç bir mənəvi haqqı yoxdur ki, çıxıb özünü xalqı düşünən biri kimi təqdim eləsin. Xalq onsuz da kimin kim olduğunu çox yaxşı bilir. “Müddəti keçmiş” Nemət Pənahlı tarixin yaddaşında qara ləkə olaraq qalır və zaman onun yerini arxivin tozlu guşəsində müəyyənləşdirib”.

Arzu Qurbanlı

Digər xəbərlər