PDF Oxu

Siyasət

  • 2 364

"Pafoslu çıxışlar edərək insanların yanlış yola sürüklənməsinə icazə vermək olmaz" - DEPUTAT ŞƏRH ETDİ

"Pafoslu çıxışlar edərək insanların yanlış yola sürüklənməsinə icazə vermək olmaz" - DEPUTAT ŞƏRH ETDİ

"Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı hələ də 30 il bundan öncəki dövrün mövzularını gündəmə gətirməyə çalışır". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.Onun sözlərinə görə, keçmiş dövrdə etdiyi “qəhrəmanlıq”ları əsas götürərək bu gün də söz sahibi olduğunu sübut etmək, Azərbaycanın siyasi həyatında aktivlik nümayiş etdirmək, müəyyən dairələr və qüvvələrin təsiri altında çaxnaşmalar yaratmaq və əvvəlki illərdəki missiyanı yenidən davam etdirmək istəyir: "Əslində, 20 yanvar hadisələri ərəfəsində görünməyən Nemət Pənahlı daha sonra ara vurmaqla, çaxnaşma yaratmaqla həmin dövrdə qüvvələrin istəklərini yerinə yetirməklə xalqa yox, öz məqsədlərinə xidmət etmiş bir insandır. Bu gün onun pafoslu çıxışlar etməsi yenidən özünü siyasətçi kimi göstərməklə öz niyyətini ortaya qoyması, əslində, əsassızdır. Hər kəs, həttə həmin dövrdə onunla addımlayan şəxslər belə bu gün onu yaxınlarına buraxmır və ciddiyə almırlar. Faktiki olaraq Nemət Pənahlının heç bir siyasi gücü və ya arxasınca apara biləcək kütləsi yoxdur. Onun söylədiyi fikirlərdə həqiqətlər olmadığı üçün xalq da, həmin dövrdə onunla birlikdə olan siyasətçilər də ondan uzaqlaşıb. Bu gün Nemət Pənahlı və onun kimilərinin Azərbaycanın siyasi həyatında heç bir yeri yoxdur. O, partiya sədri olsa belə, bu gün pafoslu çıxışlar edərək insanları çaşdırmasına, yanlış yola sürükləməsinə icazə vermək olmaz".

Arzu Qurbanlı

Digər xəbərlər