PDF Oxu

Siyasət

  • 2 173

Erməni jurnalisti xalqı Respublika meydanında özünü yandırmağa çağırdı! ŞƏRH+ANALİTİK

Erməni jurnalisti xalqı Respublika meydanında özünü yandırmağa çağırdı! ŞƏRH+ANALİTİK

Ananiya Maakyan: “Respublika meydanına toplaşaraq üzərimizə benzin tökək və özümüzü yandıraq ki, bu dünyadan şərəflə yox olaq”

“44 günlük müharibəyə qədər mən Qarabağda inamla deyə bilirdim ki, erməni xalqı öz vətənini sevir və vətəninin xilası üçün ən şirin neməti olan həyatından belə keçməyə hazırdır. Təəssüf ki, 44 günlük müharibə və ondan sonra baş verən hadisələr tamamilə başqa şeylərdən bəhs edir”. SİA xəbər verir ki, bu barədə erməni jurnalisti Ananiya Maakyan “Hraparak” qəzetindəki müəllif yazısında qeyd edib.Maakyan iddia edib ki, Ermənistan iqtidarı ölkəyə aid olan əraziləri (tarixi Qərbi Azərbaycan torpaqlarını – R.R.) də təhvil verməyə hazırlaşır və erməni xalqı öz susqunluğu ilə əslində qorxduğunu etiraf edir və s.“Fakt budur ki, bizim xalqımız rüsvayçı 9 (10-R.R.) noyabr bəyanatı ilə barışıb və o da aydındır ki, nəinki Qarabağın itirilməsi ilə barışıb, hətta Ermənistanın bir sıra ərazilərini düşmənə (Azərbaycanı nəzərdə tutur-R.R.) verməyə hazırdır. Və bu fenomenin əsl adı – müharibədən yayınmaq deyil, sadəcə qorxudur”, adıçəkilən erməni jurnalisti bəhs edilən müəllif məqaləsində yazıb.
“Bundan sonra bizim statusumuz nökər olacaq, maksimum nökər”
“Hraparak”ın yazarı dolayı yolla təmsil etdiyi erməni millətinin dünyada ən qorxaq və nökər xalq olduğuna eyham vurub, hətta ən kiçik müqavimət göstərməyə cürət edə bilmədiyini də yazıb. Ananiya Maakyan əlavə edib: “Əlbəttə, müharibə zamanı və ondan sonrakı məğlub diplomatiyamızın sayəsində biz aydın şəkildə görürdük ki, dünyada tək qalmışıq və heç bir ölkə bizimlə yanaşı dayanmaq və bizi qorumaq marağında deyil, amma bu, o demək deyildi ki, biz özümüzü qorxaq kimi aparmalı və düşmənin əlinin çatdığı hər şeyi ona verməyimizlə körpə quzu kimi, hətta kiçik müqavimət belə göstərməməliydik.Mən istisna edirəm ki, dünyadakı hansısa başqa bir xalq, başqa bir insanlar hətta ən qüdrətli ölkə olan ABŞ onlardan bir qarış torpaq almağı istəsəydi, həmin istəyə susmaqla razılıq bildirə və əlində olan sonuncu vasitə ilə ona müqavimət göstərməzdilər. Bundan sonra bizim statusumuz nökər olacaq, maksimum nökər”.Müəllif məqaləsinin ən kulminasiya nöqtəsi isə jurnalistin bütövlükdə erməni xalqını özünü yandırması ilə intihara əl atması, üstəlik, olmayan şərəflərini həmin vasitə ilə bərpa etmələri çağırışı olub.“Məncə millət üçün, xalq üçün daha yaxşı olardı ki, Respublika meydanına toplaşaraq üzərinə benzin töksün və özünü yandırsın, ona görə ki, bu dünyadan şərəflə yox olsun”, deyə Maakyan sözügedən məqaləsində yazıb.

Rövşən RƏSULOV

Digər xəbərlər