PDF Oxu

Siyasət

  • 2 307

“Brüsseldə keçiriləcək görüşdən pozitiv gözləntilərimiz çoxdur” AÇIQLAMA

“Brüsseldə keçiriləcək görüşdən pozitiv gözləntilərimiz çoxdur” AÇIQLAMA

“Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının nümayəndələrinin avqustun sonunda görüşəcəyi nəzərdə tutulub”. Bu fikirləri millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.Millət vəkilinin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında həllini gözləyən və gündəlikdə dayanan məsələlər nümayəndələr arasında görüşlər keçirməklə həll olunmalıdır: “Hesab edirəm ki, komissiyaların növbəti görüşündə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ciddi addımların atılması ilə bağlı qərar qəbul olunacaqdır. Çünki əvvəlki görüşlər komissiyalar arasında tanışlıq məqsədi daşıyırdı. İndi baş tutacaq görüşdə isə konkret məsələlərin razılaşdırılacağı və delimitasiya və demarkasiyası proseslərinə başlanması üçün hərəkət verəcəyini hesab edirəm. Düzdür, bu, heç də asan məsələ deyil. Çünki Ermənistanın ərazisində Azərbaycana məxsus yaşayış məntəqələrinin məsələsi də həll olunmalıdır. Azərbaycan bu yaşayış məntəqələrin qaytarılmasına israrlıdır. Həm də kapitulyant tərəf kimi Ermənistan 10 noyabrda imzaladığı Üçtərəfli Bəyanatda da bütün bu məsələlərin həll edilməsi ilə bağlı öhdəlik götürmüşdür. Bütün bunlar Azərbaycanın ərazisi bütövlüyü çərçivəsində həll olunmalıdır və Ermənistanın ayrı alternativi yoxdur. Yəqin ki, Ermənistan başa düşüb ki, vaxt uzatmağın heç bir xeyri yoxdur və özününkü olmayan bütün əraziləri qaytarmağın zamanı gəlib çatmışdır”.Millət vəkili onu da bildirdi ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının nümayəndələrinin iclasından sonra Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyi nəzərdə tutulmuşdur: “Hesab edirəm ki, “Qisas” əməliyyatımızdan sonra vəziyyət dəyişilmişdir. Ermənistana artıq bir daha sübut olundu ki, onlara heç kim dayaq dura bilməz. Çünki Azərbaycanın mövqeyi ədalətlidir və beynəlxalq hüququn tələblərindən kənar deyil. Ona görə də Azərbaycan ancaq özünün ərazisinin bütövlüyü çərçivəsində hərəkət edir və başqasının ərazilərində gözü yoxdur. Ona görə də Brüsseldə keçiriləcək prezidentlərin görüşdən pozitiv gözləntilərimiz çoxdur”.

Müəllif: Gülyana

Digər xəbərlər