MEHRİBAN ƏLİYEVA: "Mən əminəm ki, cəmiyyətdə bütün ağır, çətin problemləri xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır"
Onu hamı sevir... Vətəninə və xalqına sonsuz məhəbbətinə görə... O, doğma Azərbaycanın ən böyük təəssübkeşlərindən biri, millətimizin xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifidir. Birinci xanım adını şərəflə daşımaq, dünya birliyində Azərbaycanın mövqeyini hər zaman qorumaq, uşaqdan böyüyə qədər hamının qayğısına qalmaq, cəmiyyətimizdəki problemlərin həllinə öz qətiyyəti və cəsarəti ilə nail olmaq... Bir sözlə, son dərəcə məsuliyyətli, həm də gərgin fəaliyyət sferası... Bütün bunlar onun həyatının ayrılmaz parçası, həm də maraqlı anları və məqamlarıdır. Elə buna görə də o, xoşbəxtdir. Çünki onun qızıl kimi ürəyi var.
“Mən nəyi deyirəmsə çalışıram onu həyata keçirim” deyən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətində başlıca meyar deyilən sözün həyatda öz təsdiqini tapmasıdır. Bu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin yürütdüyü siyasətin əsas prinsiplərindən olmaqla onun qurduğu siyasət məktəbinin ən uğurlu yetirmələrindən olan Mehriban Əliyevanın da fəaliyyətində başlıca meyara çevrilib. Bu meyarın təməlində isə müasir Azərbaycanın və hər bir azərbaycanlının həyatında və taleyində silinməz iz qoymuş böyük simanın, dahi şəxsiyyətin əməllərinin yaşadılması və gənc nəslə ötürülməsi dayanır. Mehriban Əliyevanın özü isə ən böyük müəlliminə olan hörmət və ehtiramını bu cür ifadə edir: “Səksən il sürən bu şərəfli həyat hər birimizin taleyində silinməz iz qoyub. Prezident Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu gün müstəqil, gündən-günə güclənən, inkişaf edən, dünya birliyində layiqli yer tutan Azərbaycanda yaşayırıq. Heydər Əliyev nailiyyətləri, Heydər Əliyev qələbələri və zirvələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaq”.
Bəli, öz müdrikliyi, nüfuzu və zəkası, eləcə də incəlik və qətiyyəti ilə Vətəninin, millətinin qeyrətini çəkən, onun inkişafı naminə fədakarcasına mübarizə aparan Azərbaycan qadınları əsrlər boyu buraxdıqları izlərilə bu gün də şanlı tariximizdə yaşamaqdadırlar. Tarixlər boyu sübut olunmuşdur ki, Azərbaycan qadını cəmiyyətdə yalnız ailə mühiti ilə məhdudlaşmayıb, o cümlədən, ictimai həyatda da daim fəal olduqlarından daim layiqli mövqeyə sahiblik edib.
SƏMƏRƏLİ FƏALİYYƏT, YORULMAZ MİSSİYA
Ümumiyyətlə, Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinə diqqət yetirsək bu kimi əhəmiyyətli məqama layiq olan şəxs məhz Mehriban xanım Əliyevadır. Çünki O, fəaliyyəti müddətində gördüyü bütün işləri ilə, reallaşdırdığı nəhəng layihələri ilə həmin məqamı kifayət qədər təsdiqləmiş olur. Bütün sahələrdə əməyi olan Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində əvəzsiz, müstəsna rola malikdir.
Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirmək gərəkdir. Məlum olduğu kimi, 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli Lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Xüsusi olaraq, Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda "Xocalı soyqırımı" filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, "Qarabağ həqiqətləri" adlı bukletlər və "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabı təqdim olunur.
Xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən onun Azərbaycan mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətləri xüsusi olaraq vurğulamaq lazımdır. Çünki Azərbaycanın birinci xanımı ölkəmizin müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində geniş fəaliyyət göstərir. Bundan başqa, xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də, mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Bu məqamda qeyd edək ki, məhz Prezident İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də, Azərbaycan xalçası UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Onu da qeyd edək ki, bütün dünya, o cümlədən Azərbaycan Respublikası COVİD-19 pandemiyası ilə hərtərəfli mübarizə dövrünü yaşayır. Azərbaycan xalqı və dövləti də tarixi sınaq qarşısındadır. Möhrərəm Prezidentimiz cənab İlham Əliyevin fors-major vəziyyətdə nümayiş etdirdiyi unikal idarəçilik mədəniyyəti, operativ reaksiya qabiliyyəti, preventiv, ardıcıl və sistemli qərarlar qəbul etmək məharəti “taclı virus müharibəsi”ndə taktiki qələbəmizi təmin etmiş və strateji zəfər üçün münbit şərait yaratmışdır. Bu mübarizədə situativ qərarların qəbulu, mərhələli sərtləşmə və yumşalma tədbirlərinin sinxron yerdəyişməsinin tətbiqi insanlarımızın həyatının qorunması kimi ali məqsədə xidmət etməkdədir.
Azərbaycan xalqı xoşbəxtdir ki, insanlıq, ləyaqət, səmimiyyət, mərhəmət, nəciblik və şəfqət kimi ali insani dəyərlərin daşıyıcısı olan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ali rəhbərimizin gücünə güc qatır, onun insanların rifahı naminə gördüyü müstəsna fəaliyyəti misilsiz xidmətləri ilə zənginləşdirir. Mərhəmətli Mehriban xanım Əliyeva dəfələrlə ölkə vətəndaşlarına həm Birinci vitse-prezident, həm də bir ana olaraq müraciət edərək, onların sağlamlığının hər şeydən dəyərli olduğunu vurğulamış, eyni zamanda insanlara mənəvi dəstək olaraq böyük inam hissi ilə bildirmişdir ki, “Əminəm ki, müdrük xalqımızın ən gözəl xüsusiyyətləri, ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə can sağlığı və uzun ömür arzulayıram!”.
Ölkəmiz təkcə bütün dünyanı hədələyən KOVİD-19 pandemiyası ilə sınağa çəkilməmişdir, eyni zamanda ötən ilin 27 sentyabr tarixində faşizm və terrorizm ideologiyasını dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanın növbəti və iri miqyaslı hərbi təxribatının hədəfinə çevrildi. Başlanan Vətən müharibəsində müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44 gün ərzində Emənistan rəhbərliyini kapitulyasiya aktına imzalamağa məcbur etdi. Nəticədə bölgədə yeni tarix reallıqlar formalaşmışdır. Ərazi bütövlüyümüz bərpa edilmiş, beynəlxalq hüququn uzun müddət ərzində Ermənistan tərəfindən məhəl qoyulmayan prinsipləri işlək vəziyyətə gətirilmişdir. İşğaldan azad olunmuş bütün torpağlarımızın bərpası və yenidənqurulması mərhələsi başlanmışdır. Həm Vətən müharibəsi, həm də ondan sonrakı tarixi mərhələlərdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı olaraq Ermənistanın insanlıq əleyhinə hərbi cinayətləri ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər etmişdir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyeva soydaşlarımızı müqəddəs torpaqlarımızın işğaldan azad olunduğu tarixi dövrün qürurlu vətəndaşları olaraq, həmin torpaqların, xüsusilə də təkrarsız və bənzərsiz Şuşa şəhərinin bərpası və cənnətə çevrilməsi kimi növbəti tarixi vəzifənin icrası naminə daha da səfərbər olmağa və bu taleyüklü prosesə konkret töhfələr verməyə dəvət etmişdir. Bu, zamanın şağırışıdır!
BÖYÜK ZƏHMƏTLƏRƏ SÖYKƏNƏN ÖNƏMLİ TƏLTİFLƏR...
Hər bir azərbaycanlı üçün fərəhlidir ki, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə diqqətdədir. Onun gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara, mükafatlara layiq görülmüşdür.
Bunların sırasında “Heydər Əliyev” ordeni və Heydər Əliyev mükafatı (Azərbaycan Respublikası), “Şərəf legionu” ordeni (Fransa Respublikası), “Xidmətlərə görə” Böyük Komandor Xaçı Ordeni (Polşa Respublikası), “Hilal-e Pakistan” ali ordeni (Pakistan İslam Respublikası), “Sreten” ordeni (Serbiya Respublikası), “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni (Macarıstan Respublikası), “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə“ ordeni (Rusiya Federasiyası), UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Krans Montana Forumunun qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitəsinin Ali Ordeni, Küveyt Dövlətinin Fəxri diplomu, Dünya Səhiyyə Təşkılatı İcraiyyə Komitəsinin “Ana, uşaq və ailənin sağlamlığının qorunması və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə” mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin Fəxri doktoru adını, habelə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla “Dostluq “ ordenini göstərmək olar. (7) Misilsiz və fədakar zəhmətə verilən bu mükafatlar nə qədər dəyərli olsa da, hörmətli Mehriban xanım üçün ən qiymətli mükafat ümumxalq sevgisi və məhəbbətidir. Elə məhz bu səbəbdəndir ki, birinci xanım xalqa müraciətlərinin sonunu “Sizin Mehriban” ifadəsi ilə yekunlaşdırır. Bu ifadə Mehriban xanımım adı ilə harmoniyada yaşadığını, xalqı ilə səmimi ünsiyyətdə və ülviyyətdə olduğunu təsdiqləyir.
Çoxşaxəli fəaliyyətində yorulmaq bilmir Mehriban xanım Əliyeva hər gördüyü işdən ilhamlanır, yeni bir layihənin icrası qarşıya qoyulur. Azərbaycanınn birinci xanımı Mehriban Əliyeva demişdir: «İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir, fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir».
Prezident İlham Əliyev və onun ən yaxın məsləkdaşı olan Birinci vitse-prezident Mehriban Əliyevanın münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Həmin mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın ermənilərinə respublikamızın hüdüdları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir.
Adı imzası olan Mehriban xanım Əliyevanın lokal, regional və beynəlxalq miqyaslı fəaliyyəti həm ölkə, həm də bir çox xarici dövlətlərin ali mükafataları ilə təltif olunmaqla yükəsk qiymətləndirilmişdir. Bunların sırasında “Heydər Əliyev” ordeni və Heydər Əliyev mükafatı (Azərbaycan Respublikası), “Şərəf legionu” ordeni (Fransa Respublikası), “Xidmətlərə görə” Böyük Komandor Xaçı Ordeni (Polşa Respublikası), “Hilal-e Pakistan” ali ordeni (Pakistan İslam Respublikası), “Sreten” ordeni (Serbiya Respublikası), “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni (Macarıstan Respublikası), “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə“ ordeni (Rusiya Federasiyası), UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Krans Montana Forumunun qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitəsinin Ali Ordeni, Küveyt Dövlətinin Fəxri diplomu, Dünya Səhiyyə Təşkılatı İcraiyyə Komitəsinin “Ana, uşaq və ailənin sağlamlığının qorunması və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə” mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin Fəxri doktoru adını, habelə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla “Dostluq “ ordenini göstərmək olar. (7) Misilsiz və fədakar zəhmətə verilən bu mükafatlar nə qədər dəyərli olsa da, hörmətli Mehriban xanım üçün ən qiymətli mükafat ümumxalq sevgisi və məhəbbətidir. Elə məhz bu səbəbdəndir ki, birinci xanım xalqa müraciətlərinin sonunu “Sizin Mehriban” ifadəsi ilə yekunlaşdırır. Bu ifadə Mehriban xanımım adı ilə harmoniyada yaşadığını, xalqı ilə səmimi ünsiyyətdə və ülviyyətdə olduğunu təsdiqləyir.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xalqa xidmət, millli və ümumbəşəri dəyərlərə hörmət nümunəsi olmaqla humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanır.
Bax, belə bir mühitdə dünyagörüşü formalaşan, milli-mədəni düşüncəsi zənginləşən Mehriban xanım Əliyeva öz səmərəli, çoxşaxəli, zəngin fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq, tarixdə yeni bir mərhələnin əsasını yaradıb. Bununla həm də Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası barədə beynəlxalq aləmə dövlətimizin bu sahədəki mövqeyni çatdırıb.
Beləliklə, Mehriban xanım Əliyeva müxtəlif dövrlərdə müdrikliyi və qəhrəmanlığı ilə seçilən Azərbaycan qadınlarının şərəfli ənənələrini yaşadaraq, zənginləşdirib, mədəniyyətin, incəsənətin, elmin bir sıra sahələrində ilklərə imza ataraq, sivil işgüzarlığı, intellektual potensialı ilə beynəlxalq ictimaiyyətdə böyük nüfuz qazanıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, milli maraqların qorunmas və ölkəmizin ərazi bütövlüyünün bərpası naminə bütün imkanların səfərbər edilməsi, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin sarsılmazlığının təmin edilməsində yüksək təşkilatçılıq və təşəbbüskarlıq bacarıqlarına malikdir. İstər 2016-cı ilin 4 günlük Aprel döyüşləri zamanı, istərsə də Azərbaycanın Zəfər tarixi olan 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Mehriban xanım Əliyevanın fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Vətən müharibəsi günlərində Ali Baş Komandan İlham Əliyevdən yeni qələbə müjdələri, Mehriban Əliyevanın sosial şəbəkələrdəki paylaşımları qəhrəman əsgər və zabitlərimizin, bütövlükdə xalqımızın ruh yüksəkliyini artırmışdır.
Bu gün isə işğaldan azad edilmiş doğma torpaqlarımıza Prezident İlham Əliyevin səfərləri, həmin yerlərin bərpası ilə bağlı görüləcək işlər haqqında xoş xəbərləri də xalqımız Mehriban xanım Əliyevadan gözləyir. Mehriban xanım Əliyeva isə bu məlumatları böyük səmimiyyət və sevinclə xalqımızla bölüşərək dövlətimizin və xalqımızın bütövlüyünü daha da möhkəmləndirir. Bir sözlə, Mehriban Əliyevanın xalqının təhlükəsiz və xoşbəxt gələcəyi üçün həyata keçirdiyi bütün layihələr millətimizin uğur tarixinin bünövrəsini möhkəmləndirir. Bütün Azərbaycan xalqı inanır ki, masir Azərbaycan tarixinin banisi, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin ən yaxın silahdaşı, xalqımızın sevimlisi Mehriban xanım Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət, Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, düşüncəsinə, əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri bundan sonra da davam etdirməyə çalışacaq. Çünki Mehriban xanım Əliyeva xalqımızın firavanlığı və qüdrətli dövlətimizin tərəqqisini naminə çoxşaxəli fəaliyyəti ilə Prezident İlham Əliyevin və ona inanan, böyük ümidlər bəsləyən insanların etimadını doğrultmağı bacarıb.
ZƏRİFƏ QULİYEVA,
"Modern ailə və inkişaf" İctimai Birliyinin sədri