PDF Oxu

Siyasət

  • 3 414

Fransa və ABŞ səfirləri dəvətimizə açıq şəkildə etinasızlıq göstərdilər - Hikmət Hacıyev

Fransa və ABŞ səfirləri dəvətimizə açıq şəkildə etinasızlıq göstərdilər - Hikmət Hacıyev

Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşaya təşkil edilən səfərdə iştirak etmirlər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. SİA xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. “Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi 30 il ərzində münaqişəyə töhfə verməyib. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər", - deyə H.Hacıyev əlavə edib.

Digər xəbərlər