PDF Oxu

Siyasət

  • 2 735

Qardaş və dost dövlətlərin bərpa və yenidənqurma işlərinə qoşulması ikitərəfli əlaqələrin inkişafına böyük töhfədir ŞƏRH

Qardaş və dost dövlətlərin bərpa və yenidənqurma işlərinə qoşulması ikitərəfli əlaqələrin inkişafına böyük töhfədir ŞƏRH

Cari ilin 24 avqust tarixində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edib. Qazaxıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri, əlbəttə ki, böyük əhəmiyyətə malik bir hadisədir. Qeyd edək ki, Azərbaycan-Qazaxıstan əlaqələrinin, ümumilikdə Azərbaycan və qazax xalqlarının tarixi və kökü çox dərindir və iki ölkə arasında qardaşlıq münasibətləri mövcuddur.Səfər çərçivəsində bir sıra mühüm sənədlərin imzalanması iki ölkə arasında münasibətlərin yeni bir mərhələyə çıxacağına dəlalət edir. Bu günə kimi Azərbaycanla Qazaxıstan arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcud idi. Vacib əhəmiyyətli görüşlərdən sonra imzalanan sənədlərdə ikitərəfli münasibətlərin bundan sonrakı inkişafına xidmət edəcək nüanslar da yer alıb Qazaxıstan Prezidentinin Azərbaycana səfərindən sonra yeni bir mərhələnin başlanğıcı, heç şübhəsiz, iki ölkə arasında həmin münasibətlərin yeni bir mərhələyə çıxarılmasına, eyni zamanda iki ölkənin inkişafına və tərəqqisinə xidmət edəcək və xalqlarımızı, ölkələrimizi daha da yaxınlaşdıracaq.Qardaş Qazaxıstanla Azərbaycan birgə bir sıra beynəlxalq təşkilatlarda bir-birlərini hər zaman dəstəkləyən ölkələrdir. Hər iki dövlət Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət göstərir. Həm Azərbaycan, həm də Qazaxıstan hər zaman bir-birlərinə böyük siyasi və mənəvi dəstək verən ölkələrdir. Bu baxımdan Qazaxıstan Prezidentinin Azərbaycana səfəri və səfər çərçivəsində eyni zamanda Prezident İlham Əliyevi “Altın kıran”- “Qızıl qartal” ali ordeni ilə təltif etməsi bir daha Azərbaycanla Qazaxıstan arasında olan münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir. Təltifetmə zamanı bildirildi ki, Azərbaycanın dövlət başçısına Qazaxıstanda çox böyük hörmət və izzət göstərirlər, o, görkəmli dövlət xadimidir. Həmçinin bütün dünyada tarixi zəfərə imza atan, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etməklə Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə təmin edən ölkə başçısı kimi qəbul edilir. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında qeyd etdi ki, Qazaxıstanla bizi ortaq tarix, dəyərlər birləşdirir, eyni zamanda hər iki ölkənin iqtisadi və sosial sahələrində bir çox nailiyyətlərə imza atılıb, beynəlxalq aləmdə güclü nüfuza malikdirlər. Bundan sonra da iki ölkə arasında münasibətlərin inkişafı üçün lazımi bütün addımlar atılacaq, çünki biz qardaş və dost dövlətlərik.Qazaxıstan Prezidentinin Azərbaycana səfəri Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə qədəm qoymaqla bundan sonra iki ölkə arasında əlaqələrin daha da möhkəmlənəcəyinin göstəricisidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qazaxıstanla əlaqələrin möhkəmləndirilməsi bundan sonra da Azərbaycanın xarici siyasətinin prioriteti qalacaqdır. Beləliklə, Tokayevin Azərbaycana rəsmi səfəri bir daha sübut etdi ki, əlaqələrimizin həm iqtisadi, həm ticari, həm siyasi dialoq, həm də mədəni sahələrdə inkişafı üçün geniş perspektivlər var.

Fərid Mustafayev
YAP Yasamal rayon AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər