PDF Oxu

Siyasət

  • 3 627

Laçının nəzarətə götürülməsi Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin nəticəsidir ŞƏRH

Laçının nəzarətə götürülməsi Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin nəticəsidir ŞƏRH

2022-ci il, 26 avqust - qələbə günlərimizə daxil olan növbəti Zəfər günü: Müzəffər Azərbaycan Ordusunun Laçın şəhərinin mərkəzini, Zabux və Susu nəzarətə götürməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, sarsılmaz siyasi iradəsinin nəticəsində mümkün oldu. Müzəffər Ali Baş Komandanımızın tvitterdə paylaşdığı statusunda: “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”. Bəli, məhz bugünkü tarix və Müzəffər Ali Baş Komandanımızın sözləri – də şanlı Zəfər tariximizin bundan sonra heç vaxt silinməyəcək qürur səhifəsinə yazıldı. Eyni zamanda, dövlət başçımızın bir müddət əvvəl nəyi, necə və nə vaxt etmək fəlsəfəsini əks etdirən bəyanatı da bir daha öz təsdiqini tapmış oldu! Artıq Laçının tam olaraq Azərbaycanın nəzarətinə keçməsi ondan xəbər verir ki, artıq ermənilər Qarabağda Azərbaycanın müəyyən etdiyi şərtlər altında yaşamalı olacaqlar. Çünki 44 gün davam edən İkinci Qarabağ müharibəsinin 10 noyabr 2020-ci ildə yekunlaşması ilə Ermənistanın kapitulyasiyası barədə Üçtərəfli Bəyanat imzalandı.Qeyd edim ki, 2020-ci il noyabrın 10-da hərbi əməliyyatlar Azərbaycanın üstünlüyü ilə dayandırılanda bəziləri "bəs Ağdam, Kəlbəcər və Laçın nə vaxt azad olacaq?",- deyə bədgüman fikirlər söyləməkdən də çəkinmirdilər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev isə bildirmişdi: "Mən nəyi, nə vaxt və necə etməyi özüm bilirəm". Dövlət başçımızın qətiyyətinə və prinsipiallığına inanan Azərbaycan xalqının böyük əksəriyyəti şübhə etmirdi ki, Prezident indiyədək bütün vədlərini yerinə yetirib, dediyi sözlərə əməl edib, bu sözünə də əməl edəcəkdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Xatırladaq ki, Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla təhvil verilməsi üçtərəfli Bəyanatda öz əksini tapmışdı. Həmin sənəddə göstərilirdi ki, həmin rayonlar öz əzəli sahibinə-Azərbaycana dinc yolla təhvil veriləcəkdir. Digər bir məqamı da xatırlatmaq istərdim ki, Qələbə paradında iştirak edən qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur "Ay Laçın" xalq mahnısından "Ay Laçın! Can Laçın! Mən sənə qurban, Laçın" misrasını əzəmətlə səsləndirərkən hamımız böyük qürur hissi keçirdik və düşündük ki, Laçın düşmən əlində qalmayacaqdır. Elə də oldu. Ağıllı siyasət yürüdən və daim hücum taktikası yeridən Azərbaycan rəhbərliyi səbir və təmkinlə hərəkət edərək həmin rayonların bir güllə atılmadan azad edilməsinə nail oldu. Artıq müzəffər Azərbaycan Ordusu Laçındadır! Laçının ən uca zirvəsində Azərbaycan bayrağı dalğalanır. Həmçinin, imzalanmış Bəyənata əsasən üçtərəfli bəyanatda alternativ yolun 3 il ərzində çəkilməsi və Laçın şəhərinin təhvil verilməsi nəzərdə tutulsa da, həmin layihənin daha tez başa çatdırılması Azərbaycanın qətiyyətinin göstəricisi kimi qiymətləndirilir. Belə ki, Prezident İlham Əliyevin sarsılmaz iradəsi və qətiyyəti sayəsində alternativ yol da vaxtından əvvəl istifadəyə verilmiş oldu. Beləliklə də, Azərbaycan tərəfi bu yolu vaxtından qabaq istifadəyə verdiyi üçün artın ermənilərin Laçın şəhərində, Zabux və Sus kəndlərində qalmalarına heç bir əsas qalmadı. Digər məqam isə, Laçın şəhəri, Zabux və Sus kəndlərində işğal dövründə qanunsuz məskunlaşmanın aparılması olub ki, bu da Ermənistanın qanunsuz məskunlaşdırma Cenevrə Konvensiyalarının ciddi pozuntusu, müharibə cinayəti olmaqla bərabər, işğalçı ölkə üçün beynəlxalq hüquqi məsuliyyət yaradır. Xüsusilə də, son günlər baş verənlər, Laçın rayonunun Zabux və Sus kəndlərində qeyri-qanuni olaraq məskunlaşdırılmış ermənilərin yaşadıqları yeri tərk edərkən evləri yandırmaları, ərazinin ekosisteminə zərər vurmaları məkrli və fintəkar qonşularımızın nə qədər barbar, vandal olduqlarının növbəti nümayişidir. Sözsüz ki, onlardan yaxşı heç nə, insanlıq gözləməyinə dəyməz.Ancaq bir faktı israrla vurğulamaq istərdim ki, insanlıqdan məhrum olan bu barbar, vandallara qarşı Azərbaycan Prezidenti İlham Əliyev öz humanist münasibətini göstərərk bildirmişdir ki, biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq: «Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq...”.Bu fikirlər Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə ölkə Prezidenti cənab İlham Əliyev bir neçə gün öncə Azərbaycan Televiziyasına növbəti və son dərəcədə tarixi müsahibəsində dilə gətirdi. Həmçinin, Ali Baş Komandanımız Ermənistanın, fitnəkar ermənilərin son təxribatlarına, o cümlədən, onlar tərəfindən qanunsuz məskunlaşma siyasətinin davam etdirilməsinə toxunaraq, öz növbəti xəbərdarlığını da etdi, sərt mesajlarını verdi.Bu gün isə, Azərbaycanın inkşafının və əldə etdiyi bütün qələbələrin əsasında Azərbaycan prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət dayanır. Və Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması da Azərbaycan Ordusunun qələbəsinin və Prezident İlham Əliyevin şərtlərinin diktə etdiyi siyasi fəaliyyətin nəticəsi olaraq Müzəffər Ali Baş Komandanımızın nəyi, necə və nə vaxt etmək bəyanatının növbəti sübutu ilə təsdiqini tapmış oldu! Qarşıda isə xalqımızı sevindirəcək hələ çox qələbələrimiz və uğurlarımız var.

MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Digər xəbərlər