Milli azadlıqdan şirin nemət yoxdur
Ulu öndər Heydər Əliyev
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ümummilli lider Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib. Və bununla da Naxçıvan Muxtar Respublikası, sözün əsl mənasında, xilası oldu və dirçəldi. 1990-cı ildə Azərbaycan mürəkkəb bir vəziyyətdə idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası blokada şəraitində idi, vəziyyət olduqca çox mürəkkəbləşmişdir. Məhz 3 sentyabr 1991-ci il tarixdən muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Təbii ki, bunlar hamısı Heydər Əliyev siyasəti nəticəsində baş verdi. Müharibə dövrünü yaşadığı bir vaxtda, elektrik enerjisinin olmadığı, sənaye məhsullarının çatışmadığı bir dövrdə islahatların aparılması, görüldüyü işlər sayəsində Naxçıvanda sabitlik, tərəqqi və həmrəylik təmin olundu. Belə bir agır şəraitdə Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyev milli dövlətçilik ənənələrinin bərpasına xüsusi diqqət yetirib. Muxtar Respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti həyata keçirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı, Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, Sovet ordusu Naxçıvan MR ərazisindən çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca böyük cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında və 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə Qərar qəbul edildi. Blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa başlandı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması Naxçıvan MR-nın həyatında böyük rol oynadı. Beləliklə, Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birinə çevrildi.1990-cı il dekabr ayının 14-də Naxçıvan MR Ali Məclisin deputatı Heydər Əliyevin hazırladığı "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində, Şaumyan rayonunda və Xanlar rayonunun Çaykənd kəndində yaranmış vəziyyətə münasibət haqqında" qərar qəbul etmişdir. Oktyabrın 26-da keçirilən Naxçıvan Muxtar Respublikası Ali məclisinin sessiyasında Naxçıvanda 7 noyabr Oktyabr inqilabı günü bayramının ləğv edilməsi haqqında da qərar qəbul olundu. 1991-ci il 29 oktyabrda Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycanla Türkiyə arasında Araz çayı üzərindən salınmış müvəqqəti körpünün rəsmi açılışı oldu. 1992-ci il 22-25 martda Türkiyədə Baş nazir Süleyman Dəmirəllə Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsi barədə Əməkdaşlıq Protokolu imzalanmışdır. 1992-ci il 28 mayda Naxçıvanla Türkiyə arasında Araz çayı üzərində tikilmiş “Ümid” körpüsünün açılışı olmuşdur. 1992-ci ildə Sədərək, Culfa və Şahtaxtı keçid məntəqələri yaradıldı. Naxçıvan şəhəri yaxınlığında İstilik-Elektrik Stansiyası tikildi. Bunlar hamısı Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində olmuşdur. Həmin dövrdə ölkədə ictimai-siyasi vəziyyət çox agır idi. Təbii ki, ölkədəki vəziyyət ziyalıları çox narahat edirdi. Belə ki, 1992-cı ildə oktryabrın 16-da Heydər Əliyevə müraciət məktubu hazırlandı və 91 nəfər ziyallılar tərəfindən imzalanaraq Heydər Əliyevə göndərildi. Səkkiz gündən sonra, 24 oktyabr 1992-cı ildə Heydər Əliyev azərbaycan ziyalılarına “Yeni müstəqil Azərbaycan uğrunda sizin mübarizinizə mən də qoşuluram” cavab məktubu göndərdi. Həmin məktubda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması tarixi zərurət idi.Demək olar ki, Azərbaycanı müstəqilliyə aparan yol, Böyük Zəfərə aparan yol məhz o vaxtdan başlandı. Ulu Öndər Herdər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir- MÜSTƏQİL AZƏRBAYCAN.
Ulu Öndərimizin ruhu şad olsun!
Yaşasın müstəqil Azərbaycan dövləti!
Yaşasın Ali Baş Komandan İlham Əliyev!
Allah Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Şəhla Xəlilova
YAP Yasamal rayon təşkilatının AMEA Fizika İnstitutunun
ərazi partiya təşkilatının sədri