Hər birimizə yaxşı məlumdur ki, 90-cı illərin əvvəlllərində Azərbaycan parçalanmaq, bir ölkə kimi, bir dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi.1991-ci il sentyabrın 3-də Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycan dövlətinin əsasını qoydu və bunun məntiqi nəticəsi olaraq bu gün ki, müstəqil və suveren Azərbaycan dövləti yaranmış oldu.Milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Ulu öndər Heydər Əliyev dühasına arxalandı, öz müstəqilliyini qorudu və möhkəmləndirdi.Bir tərəfdən erməni işğalçıları tərəfindən torpaqlarımızın zəbt edilməsi, digər tərəfdən ölkə daxilindəki xaos hakimiyyət böhranını getdikcə dərinləşdirirdi. Belə çətin bir zamanda xalq öz xilaskarına üz tutdu. Beləliklə, 1993-cü ilin iyunun 9-da xalqın təkidi və tələbi ilə ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi və xalqı bu təhlükədən xilas etmək üçün mühüm addımlar atmağa başladı. 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və bütün çətinliklərə baxmayaraq Ulu öndər xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu.“Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.” fikrini söyləyən Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək inkişafı istiqamətində mühüm addımlar atırdı. Müasir tariximizə qızıl hərflərlə yazılmış 15 iyun Azərbaycanın müstəqillik və dövlətçilik tarixində yeni siyasi eranın başlanğıcı oldu! Ölkənin düşdüyü bu bəladan qurtarmaq kimi çətin bir missiyanı və məsuliyyəti öz üzərinə götürən Ulu öndər Heydər Əliyev xalqımızı, dövlətçiliyimizi böyük bir bəladan xilas etmiş oldu. Ömrünün böyük hissəsini xalqına və Azərbaycanın müstəqilliyinə, tərəqqisinə həsr edən Ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti və uzaqgörənliyi sayəsində doğma Azərbaycanımız dünyanın inkişaf etmiş ölkələri ilə bu gün bir sırada dayanır. Bu gün dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və onun dövlətçilik konsepsiyası əmin əllərdədir. Eyni zamanda, ölkəmizdə mövcud olan Prezident-Xalq, Xalq-Prezident birliyi məhz Ulu öndər Heydər Əliyev irsinin və siyasi kursunun məntiqi nəticəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, bu gün regionun, Cənubi Qafqazın, dünyanın nüfuzlu bir dövlətinə çevrilmiş Azərbaycan ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin şah əsəridir. Məhz Ulu öndərin sayəsində dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi. Bu gün Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti daha da qüdrətli bir ölkəyə çevrilmiş və beynəlxalq aləmdə yeni-yeni uğurlara imza atmağa uğurla davam etməkdədir.
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri