PDF Oxu

Siyasət

  • 2 871

1991-ci il 3 sentyabr: Azərbaycanın müstəqilliyinin başlanğıc tarixi ŞƏRH

1991-ci il 3 sentyabr: Azərbaycanın müstəqilliyinin başlanğıc tarixi ŞƏRH

1991-ci il sentyabrın 3-ü Ulu Öndər Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi kimi mühüm tarixi hadisədən 31 il ötür. Və tarixi şəxsiyyətlər mənsub olduğu xalqın yaddaşında hər zaman yaşayır. Çünki xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti sadəcə bir ölkə üçün yox, həm də bəşəri dəyərləri ilə seçilir. 1969-cu ilin iyul ayının 14-də Azərbaycan rəhbərliyinə gələn görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizdə müqayisəolunmaz bir inkişaf mərhələsinin əsasını qoymuş, respublikamızı müstəqilliyə hazırlayacaq bir sıra əhəmiyyətli iqtisadi, siyasi, ideoloji addımlar atmışdır.1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra sessiyadakı ilk çıxışında Ulu Öndər öz taleyini xalqa tapşırdığını bildirərək deyirdi: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.Ümummilli Liderin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri dünənimiz, bu günümüz və gələcəyimiz üçün gördüyü bütün işlərin aydın mənzərəsini yaradır. Çünki ulu öndər həmişə Azərbaycanı müstəqil, qüdrətli, xalqımızı yüksək rifah şəraitində görmək istəyib və bu baxımdan da dahi liderimizin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi də Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir.“Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”,-deyən Ulu öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-dən etibarən məhz bu fikirlərin işığında öz xilaskarlıq missiyasını həyata keçirib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi qısa müddət ərzində neçə-neçə onilliklərə sığmayan böyük işlər görmüşdür. Həmçinin 1991-1993-cü illər ölkədə ən ağır illər olmuşdur. Və o zaman hakimiyyətdə olanların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində 1993-cü il iyun ayının əvvəllərində respublikada yaranmış gərgin ictimai-siyasi hadisələr kulminasiya nöqtəsinə çatdı, silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı, siyasi böhran bütün ölkəni cənginə aldı. Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir məqamda xalq yeganə ümid yeri kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi, onun nicatı uğrunda siyasi mücadiləyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu. Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Bu yolu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün, düşünülmüş siyasəti ölkəmizi uğurlardan uğurlara aparır. Bu gün Azərbaycan mühüm siyasi, iqtisadi, mədəni tədbirlərə ev sahibliyi edir, ən mötəbər idman yarışlarının təşkilatçısı olmaqla yanaşı, həm də idman ölkəsi kimi mühüm nailiyyətlər qazanır. Ən böyük nailiyyətimiz Möhtərəm Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 2020-ci il Vətən müharibəsində qazandığımız şanlı Qələbə bütün bu hadisələrin zirvə nöqtəsidir. Bu Qələbə ilə cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, xalqımızın yenilməzliyini, dövlətimizin gücünü bütün dünyaya bəyan etdi. Bəli, bu gün tariximizin və müstəqilliyimizin ən şərəfli səhifələri yazılır, Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Dönüb keçdiyimiz yola, tarixə nəzər salanda görürük ki, dövlətimiz bu yüksəlişə çatmaq üçün hansı mərhələlərdən keçməli olub. Və ən əsası bu yol həm Ulu Öndər Heydər Əliyevin, həm də cənab Prezident İlham Əliyevin nümunəsində lider amilinin dövlətin və xalqın milli özünütəsdiqi məsələsində, müstəqilliyin möhkəmləndirilməsində, dövlətçiliyin gücləndirilməsində nə qədər mühüm rol oynadığını göstərir. Bu, Heydər Əliyev yoluna sədaqətin nümunəsidir.

FUAD HEYDƏR,
YAP Səbail rayon təşkilatının təlimatçısı

Digər xəbərlər