Günümüzün reallığı bundan ibarətdir ki, Azərbaycan dünyada böyük nüfuza sahib ölkələrdən birinə çevrilib. Bunun əsas səbəbi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara söykənən unikal xarici siyasət kursudur. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanın beynəlxalq uğurları durmadan artır.
Azərbaycan yaratdığı yeni reallıqlardan sonra Mərkəzi Asiyanın türk respublikaları ilə münasibətləri daha üst səviyyəyə - müttəfiqlik səviyyəsinə qaldırmaqdadır. Biz bunu Azərbaycan Prezidentinin Özbəkistana, Qazaxıstan Prezidenti Kasım-Jomrart Tokayevin ölkəmizə səfəri zamanı imzalanan sənədlərdən də aydın görürük.
Şübhəsiz Azərbaycan və Qazax xalqlarının dostluğu qədim tarixə malikdir. Eyni soy-kökə, mədəniyyətə və milli adət-ənənələrə malik olan Azərbaycan və Qazax xalqları arasındakı dostluq tarix boyu daimi vəsarsılmaz olub. Bunun nəticəsidir ki, bu iki dost və qardaş ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Ortaq tarixi və mədəni köklərə malik olan Azərbaycan və Qazaxıstanı həm də qarşılıqlı əməkdaşlıq təcrübəsi ilə möhkəmlənən qardaşlıq münasibətləri birləşdirir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvətiilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri hər iki ölkə üçün böyük əhəmiyyət daşıyır.İki ölkə liderlərinin - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin böyük xidmətləri sayəsində bu gün Azərbaycanla Qazaxıstan arasında münasibətlər çox yüksək səviyyədədir. İkitərəfli münasibətlərin belə yüksək səviyyədə olmasına ən bariz sübut, xalqlarımızın dostluğunun və qardaşlığının təzahürü, o cümlədən, Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmləndirilməsi üçün gördüyü işlərə verilən yüksək qiymətin göstəricisi kimi Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altınkıran” - “Qızılqartal” ali ordeni ilə təltif edilməsini göstərə bilərik.Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə 2022-ci il 24 avqust tarixində görüşü və imzalanmış sənədlər göstərir ki, iki ölkə arasında əlaqələrin həm iqtisadi, həm ticari, həm siyasi dialoq, həm də mədəni sahələrdə inkişafı üçün geniş perspektivlər mövcuddur.İkitərəfli görüşlər çərçivəsində səfərin gündəliyinin aktual məsələlərinə, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair ətraflı danışıqlar aparıldı, bir sıra sənədlər imzalandı. İmzalanmış sənədlər iki ölkə arasında münasibətlərin daha geniş hüquqi bazasını yaratmış oldu. Bu sənədlər içərisində “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyəti vardır. Adından da göründüyü kimi, qəbul olunmuş Bəyannaməyə əsasən bu gün artıq Azərbaycanla Qazaxıstan təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiq dövlətlərdir. Təbii ki, qəbul olunmuş Bəyannamə hər iki ölkənin beynəlxalq arenada əməkdaşlığının inkişafı yollarını müəyyən edir, gələcək fəaliyyət üçün çox ciddi baza rolunu oynayır və çoxtərəfli əməkdaşlıq üçün yeni ilkin şərtlər yaratmış olur.
Vüqar Məmmədov
YAP Saatlı rayonu 15 saylı ərazi partiya təşkilatının sədri