PDF Oxu

Siyasət

  • 2 745

İtaliya-Azərbaycan münasibətləri hansı səviyyədədir? - POLİTOLOQ AÇIQLADI

İtaliya-Azərbaycan münasibətləri hansı səviyyədədir? - POLİTOLOQ AÇIQLADI

“Azərbaycanla İtaliya dövləti arasında olan münasibətlər strateji əhəmiyyəti ilə seçilir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.Politoloqun sözlərinə görə, önəmli Brüssel görüşündən sonra cənab Prezident İlham Əliyev İtaliyaya səfər edib: “Bu səfərdən çox böyük gözləntilər vardır. Çünki İtalya ilə Azərbaycan arasında olan münasibətlər həm tarixi köklərə söykənir, eyni zamanda müasir dövrdə də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası müstəqilliyini qazanandan sonra siyasi, iqtisadi, humanitar və mədəni sahədə münasibətlər inkişaf etdirilir. Bununla yanaşı İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri konteksində məsələlərin nizamlanmasının tərəfdarı olub. Vətən müharibəsində biz bunun şahidi olduq. İtaliya beynəlxalq hüququn fundamental norma və prinsiplərinə böyük hörmətlə yanaşır”.

Müəllif: Banuçiçək Hüseynli

Digər xəbərlər