PDF Oxu

Siyasət

  • 2 259

Müstəqil Azərbaycanın qurtuluş tarixinin başlandığı gün - 3 sentyabr 1991-ci il ŞƏRH

Müstəqil Azərbaycanın qurtuluş tarixinin başlandığı gün - 3 sentyabr 1991-ci il ŞƏRH

Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzindəki fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr edilmişdir. Ulu Öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsasında müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi dayanırdı. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin Ali Məclisin Sədri seçiliməsi Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməlini qoydu. Görkəmli dövlət xadimi xalqının ən ağır günlərində onun yanında olmaq üçün 1990-cı il iyul ayında Naxçıvana gəldi. Həmin vaxt Muxtar Respublika son dərəcə ağır şəraitdə yaşayırdı. Bir tərəfdən iqtisadiyyat iflic olmuş, əhalinin maddi durumu dözülməz həddə çatmışdı. Digər tərəfdən, ermənilərin hücumları və Naxçıvanın blokada vəziyyətində yaşaması ictimai-siyasi gərginliyi daha da mürəkkəbləşdirmişdi. Belə bir vaxtda Ulu Öndərin Naxçıvana gəlməsi xalqın əsl nicatına çevrildi, xalq Onun timsalında böyük xilaskarını tapdı. Əlbəttə ki, təkcə Naxçıvan yox, bütövlükdə, Azərbaycan. Naxçıvanda siyasi fəaliyyət göstərdiyi müddətdə həm də Azərbaycanın müstəqil, demokratik, dünyəvi dövlət kimi güclənməsi, inkişaf etməsi üçün mühüm siyasi və ideoloji amilə çevrilən qərarlar qəbul etdi. Ümummilli Liderin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolun başlanğıcı kimi dəyərləndirilir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi.Ölkəmizdə vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət 1993-cü il iyunun 15-də ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı parçalanmaqdan xilas etdi.

Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdişına qədər Azərbaycanda vəziyyət son dərəcə ağır idi. AXC-Müsavat cütlüyü hakimiyyətə gəldikdən sonra törətdiyi xaos və anarxiya mühiti Azərbaycanı günbəgün uçuruma aparırdı. Ölkəmizin başı üstünü qara buludların aldığı bu çətin anda Azərbaycan xalqının yeganə ümidi Ulu Öndər Heydər Əliyev oldu. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı, Azərbaycan dövləti naminə hər bir məqsədinə nail oldu. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada Ulu Öndərin xidmətləri olmasın. Onun misilsiz xidmətləri sayəsində ölkəmizdə təhsil, mədəniyyət, səhiyyə, gənclər, idman, ordu quruculuğu, iqtisadiyyat və digər sahələrdə həyata keçirilən sistemli islahatlar nəticəsində böyük uğurlar əldə olunmuş, Azərbaycanın digər dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri genişlənmiş və qısa zamanda ölkəmiz bütün dünyada tanınmışdır.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Möhtərəm Prezident Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələbləri əsasında düşünülmüş şəkildə qətiyyətlə həyata keçirməsi nəticəsində artıq Azərbaycan regionda söz sahibinə, dünyada sayılıb-seçilən dövlətə çevrilib. Bu gün Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Bunlarla yanaşı, həyata keçirilən xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənib.
44 gün davam edən Vətən müharibəsində əldə edilən möhtəşəm tarixi qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması Azərbaycanın hərtərəfli güclü dövlət olduğunu sübut etmiş oldu. Vətən müharibəsində əldə edilən parlaq Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsidir və Azərbaycan qazandığı möhtəşəm qələbə ilə regionda yeni reallıqlar yaratdı. Əldə edilən bütün bu uğurların əsasında isə məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq ideyaları dayanır.
Artıq iki ilə yaxındır ki, Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri geniş miqyasda davam edir. Bu günlərdə Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Bütün bunlar bir daha Azərbaycanın gücünü, siyasi iradəsini nümayiş etdirir.

Əvəz Qocayev,
YAP Nəsimi rayon təşkilatinin ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini

Digər xəbərlər