XX əsrin sonlarından etibarən cərəyan edən tarixi hadisələrdən sonra Azərbaycan xalqı Heydər Əliyevə ümid bəsləyir, təkidlə Ulu Öndərin respublika rəhbərliyinə qayıtmasını tələb edirdi. 80-ci illərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları göstərirdi ki, ölkəmizə yalnız siyasi lider və böyük siyasətçi lazımdır. O, şəxs məhz Heydər Əliyev idi. Beləliklə, Ulu Öndərin böyük missiyası Naxçıvandan başlayır.Heydər Əliyevin Naxçıvanda fəaliyyəti ilə yeni mərhələnin əsası qoyuldu və imperiya qövvələri ilə mübarizə daha da kəskinləşdi. Ulu Öndərin istiqlal mübarizəsi Azərbaycanda alovlanmağa başlayan milli dirçəliş prosesini əsas qüvvəyə çevirdi. Milli dövlətçiliyin bərpası üçün ardıcıl və nizamlı addımlar atılmağa başlandı. Azərbaycan SSRİ Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçkilərin keçirilməsi ilə Heydər Əliyevin Naxçıvana qayıdışı eyni vaxta düşmüşdü. Seçkilər zamanı Ulu Öndər həm respublika parlamentinə, həm də Naxçıvan Ali Məclisinə deputat seçildi. Noyabr ayının 17-də Naxçıvan Ali Məclisinin birinci sessiyası keçirilir və Heydər Əliyev Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişərək Naxçıvan Muxtar Respublikası edir. SSRİ-nin mövcudluğu dövrdə Heydər Əliyevin Naxçıvan MMSR-in adının dəyişdirməsi o dövr üçün böyük siyasi və uzaqgörən addımdır. Həmçinin bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üzərində quran güclü dövlətin strukturunda dəyişiklik etmək demək idi. Sessiyada qəbul edilən digər qərarlardan biri də Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağının qəbul edilməsi idi. Məntiqi olaraq bu qərarlar SSRİ tərkibində ayrı bir yerin müstəqilləşməsi idi.Azərbaycan xalqının qanlı tarixinə yazılmış 20 Yanvar faciəsinə ilk dəfə tarixi qiyməti Naxçıvan MR Ali Soveti tərəfindən verildi. Heydər Əliyev 1990-cı il 20 Yanvar faciəsi ilə bağlı layihə hazırlayaraq Ali Məclisin sessiyasının müzakirəsinə təqdim etdi. Bu layihədə rəhbərliyin günahı qeyd olunmuş, faciəni törədən qəsdçilərin açıq-aşkar adları açıqlanmışdır. Sentyabrın 3-də Naxçıvan Ali Məclisinin fövqəlada sessiyasında Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri seçildi. Düşünürəm ki, bu hadisə tariximiz üçün böyük siyasi əhəmiyyətə malik idi.Azərbaycanda 1991-ci ilin ikinci yarısında Kommunist partiyası artıq böhrana gedirdi və ölkə daxilində elan edilmiş Fövqəlada vəziyyət Naxçıvan ərazisinə də şamil edilirdi. Eyni zamanda 3 sentyabr sessiyası Azərbaycan Respublikasınında Prezident seçkilərinə də cəsarətli münasibət bildirməli idi. Minlərlə azərbaycanlı Azərbaycan Ali Sovetinin binasının qarşısına toplaşaraq Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti olmağa dəvət edirdi. Ömrünü Azərbaycanın müstəqilliyi və bütövlüyünə həsr etmiş Heydər Əliyev bu zaman heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdi. Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri kimi əhəmiyyətli qərarlar qəbul edirdi. Onun önəmli işlərindən biri blokada vəziyyətində olan Naxçıvanın işğal vəziyyətindən qurtulması idi. Ulu Öndərin İrana, Türkiyəyə rəsmi səfərləri, oradakı danışıqları ölkə daxilində böhran vəziyyətini azaldırdı. Heydər Əliyevin rəhbərliyi dövründə ölkə daxilində elm, mədəniyyət, incəsənət, teatr inkişaf edirdi. Onun Azərbaycançılıq ideyası ölkə daxilində böyük bir idealogiyaya çevrilirdi.Danılmaz faktdır ki, Ulu Öndərin Naxçıvandan başlanan siyasi mübarizəsi mühüm tarixi əhəmiyyətə malikdir. Onun qəbul etdiyi qərar və layihələr SSRİ məkanında böyük struktur dəyişikliyi idi. Azərbaycan xalqı Heydər Əliyevi hər zaman Azərbaycanın xilaskarı kimi görür, onu dahi Rəhbər, böyük Siyasətçi kimi qiymətləndirirdi. O, müstəqil Azərbaycanın qurucusu, daxili və xarici siyasət strategiyasının banisidir.
Vahid Qardaşov
Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühəndisi