PDF Oxu

Siyasət

  • 3 334

"Azərbaycan-İtaliya dostluğu hər iki ölkənin mənafeyinə xidmət edir" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan-İtaliya dostluğu hər iki ölkənin mənafeyinə xidmət edir" - DEPUTAT ŞƏRH ETDİ

“İtaliya Avropa Birliyi ölkələri arasında Azərbaycanın ən etibarlı və ən böyük iqtisadi sahələr üzrə əməkdaşlıq etdiyi tərəfdaşıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.Onun sözlərinə görə, illər boyu iki dövlət arasında bu əməkdaşlıq davam etdirilir: “Azərbaycan və İtaliya arasında əməkdaşlığa dair bir çox sənədlər imzalanmış, görüşlər keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında uğurla davam etdirilən əməkdaşlığı gücləndirəcək. Bu səfər Azərbaycan və İtaliya arasındakı münasibətləri yeni səviyyəyə daşıyacaq. Hətta görüş zamanı İtaliyanın baş naziri cənab Mario Dragi də münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsini vurğulayıb. Ölkə başçısı Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışında iştirak edib.Mən əminəm ki, bu səfirlik ölkələrimiz arasında mədəniyyət, iqtisadiyyat, siyasət və digər sahələrdə əməkdaşlığın inkişafına xidmət edəcək və Azərbaycan-İtaliya dostluğu hər iki ölkənin mənafeyinə xidmət edir. Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində böyük rol oynayır. İtaliyanın ən nüfuzlu universitetlərinin Azərbaycanın ADA universiteti ilə əməkdaşlığı Azərbaycanda təhsil səviyyəsinin güclənməsinə təkan verəcək. Ölkə başçısının İtaliyaya səfərini yüsək qiymətləndirirəm”.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər