PDF Oxu

Siyasət

  • 2 298

"Rumıniyanın Türkiyəyə müraciət etməsi doğru addımdır” - POLİTOLOQ ŞƏRH ETDİ

"Rumıniyanın Türkiyəyə müraciət etməsi doğru addımdır” - POLİTOLOQ ŞƏRH ETDİ

“Türkiyənin Bayraktar-2 pilotsuz uçuş aparatları çox məşhurdur və dünya hərb sənayesində yeniliklərdən biri kimi qiymətləndirilir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.Onun sözlərinə görə, Ukraynada Bayraktar-2 aparatlarının oynadığı böyük rol Avropa ölkələri arasında geniş yayılıb: "Həmçinin də Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa ölkələri, NATO-ya daxil olan, Avropa İttifaqına daxil olan ölkələr artıq öz müdafiə sistemlərinin möhkəmləşdirilməsinə başlayıblar. Ümumi siyasi baxış bundan ibarətdir ki, hər bir ölkə özünün milli məhsulunun ən azı 4 faizini milli müdafiə, milli təhlükəsizlik problemlərinin həll edilməsinə xarcləməlidir. Bu səbəbdən də Polşada, Çexoslovakiyada, Bolqarıstanda, Rumıniyada özlərinin milli müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində həm müdafiə xətlərini artırırlar, həm də özlərinə gərək olan bir sıra hərbi texnikaları almağa başlayıblar. Bu məsələdə PUA-lara geniş önəm verirlər. Türkiyə istehsalı olan Bayrakta-2 PUA-ları Qərb dünyasında çox böyük populyarlıq qazanıb. Rumıniyanın Türkiyədən 30 milyon dollarlıq PUA-lar alması başadüşüləndir. Bu ölkələr yaxşı anlayırlar ki, müasir dövrdə hava hücumundan müdafiə sistemləri yaxud da hücum xarakterli hava vasitələrini həyata keçirmək üçün mütləq əlavə tədbirlər görməlidirlər. Bu nöqteyi-nəzərdən Rumıniyanın Türkiyəyə müraciət etməsi doğru addımdır”.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər