Dağıdıcı müxalifətin dərdi-səri gündəmdə qalmaq, diqqət mərkəzinə çevrilməkdir. Bunu üçün müxtəlif vasitələrdən, o cümlədən də küçə yürüşləri və mitinqlərdən yararlanmağa çalışırlar. Yəni müxalifət mitinq keçirməklə onu demək istəyir ki, bizdə varıq. Amma onların var olub olmaması cəmiyyət üçün maraq deyil. Çünki xalq müxalifətin nə etmək istədiyini çox yaxşı bilir, hansı qüvvələrə bağlıq olduqlarını da anlayırlar. Müxalifətin özü də çox yaxı bilir ki, onların xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur.Ümumiyyətlə, dağıdıcı ünsürlərin keçirdiyi mitinqlərə ancaq özlərinin partiyalarında təmsil olunalar və qohumları qatılır. Bizimlə söhbətində Təkamül partiyasının sədri Teyyub Qənioğlu da bildirdi ki, reklam xarakterli keçirilən aksiyalar iflasa məhkumdur: “Aksiyalar keçirmək hər bir siyasi qüvvənin konstitusiyon hüququdur. O cümlədən də, “Milli Şura” və AXCP-nində. Amma burada məsələ ondadır ki, adları çəkilən qüvvələr “bizdə varıq” demək üçün və özlərini bir müddət reklam etmək məqsədilə mənasız aksiyaların keçirilməsindən istifadə edirlər. İstənilən halda aksiya keçirmək üçün müxtəlif mövzu və bəhanə tapmaq hər zaman mümkündür.Demək olar ki, bunların mitinqi keçirtməkdə məqsədləri “biz də varıq” mesajı verməkdən ibarətdir. Demək olar ki, sözügedən qüvvələr bu günə qədər bütün texnologiyalardan istifadə etməyə çalışıblar və istifadə etdikləri texnologiyaların heç biridə uğur qazanmayıblar. Ancaq qətiyyətlə deyə bilərəm ki, nə xarici, nə də ki, daxili qüvvələrin nə etməsindən və nə deməsindən asılı olmayaraq onların heç vaxtı Azərbaycanla bağlı xoşagəlməz planları baş tutmayacaqdır. Yaxşı olardı ki, onlar bu cür yersiz hərəkətlərindən əl çəksinlər”.
Müəllif: Gülyana