PDF Oxu

Siyasət

  • 3 151

“Ermənistan sabotaj xarakterli addımların atılmasında maraqlı deyil” AÇIQLAMA

“Ermənistan sabotaj xarakterli addımların atılmasında maraqlı deyil” AÇIQLAMA

“31 avqust tarixində Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş ərəfəsində və həm də görüş bitdikdən sonra çox mühüm ciddi nəticələr Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı uğurlu qərarlar qəbul edildikdən sonra Ermənistan tərəfindən bu görüşün və əldə olunmuş qərarların sabotaj edilməsi istiqamətində çox ciddi səylər edildi və təxribatlar törədildi”. Bunu politoloq Anar Əliyev “ Səs ” qəzetinə açıqlamasında deyib.Onun sözlərinə görə, Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın görüşdən iki gün sonra Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər etməsini və Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığına hörmətsizlik davranışı nümayiş etdirməklə yanaşı həm də 31 avqusta Ermənistan baş nazirinin üzərinə götürdüyü və Ermənistan dövlətinin nümayəndəsi olaraq üzərinə götürdüyü öhdəliklərə qarşı bir addım kimi qiymətləndirirəm: “Amma sonradan Azərbaycan dövlətinin xüsusilə xarici işlər nazirliyinin sərt bəyanatından sonra Armen Qriqoryanın üzürxaxlıq etməsi və həmin əraziyə bir qarabağlı erməni kimi ailələrinə məxsus babasının qəbrinin baş çəkməsi ilə bağlı addım kimi təhlil etməyə çalışması onu göstərir ki, bəli Ermənistanda siyasi hakimiyyət mümkün qədər açıq formada sabotaj xarakterli addımların atılmasında istəkli və maraqlı deyil. Amma ümumiyyətlə, bütövlükdə götürdükdə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində maraqlı olmayan kifayət qədər həm Ermənistan daxilində qüvvələr, həm də Ermənistan kənarında ayrı-ayrı dövlətlər və ciddi qüvvələr fəaliyyət göstərir”.Anar Əliyev onu da qeyd etdi ki, Şimal və Cənub qonşumuzu və Qərbi Avropa dövlətlərini Amerikanı ki, onlar heç də Azərbaycanla Ermənistan arasında münasibətlərin tam sona qədər normallaşması və qarşılıqlı inam etimad mühütünün yaranmasında maraqlı deyillər: “O halda adını sadaladığım qüvvələrdən heç birinə Cənubi Qafqazda ehtiyac qalmayacaqdır. Xüsusilə də İran və Rusiyanın proseslərə müdaxilə imkanları kifayət qədər azalacaqdır. Hətta Rusiyanın bölgədə hərbi iştirakçılığa ehtiyac belə aradan qalxmış olacaqdır. Bunları nəzərə alaraq hesab edirəm ki, Armen Qriqoryanın bölgəyə səfərində həm də maraqlı kənar qüvvələrin də rolu olmamış deyil. Bu addımlar əslində Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi kommunikasiya əlaqələrinin açılması Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi prosesini mümkün qədər uzadılması və ya qarşısının alınmasına xidmət edir. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsindən sonra həyata keçirdiyi düşünülmüş, soyuqqanlı və nəticə yönümlü siyasətin davamı olaraq hesab edirəm ki, Ermənistan növbəti üzərinə götürdüyü öhdəliklərində yerinə yetirilməsi məcburiyyətində qaldığı və bunlardan yayınmağın mümkün olmadığını dərk edir. Hətta əksinə bu öhdəliklər yerinə yetirilməzsə zərər çəkən tərəfin böyük mənada Ermənistan xalqı olacağı və bu təhlükələrin artıq Ermənistan üçün bir müstəqil dövlət olaraq təhdidlər formalaşdırdığını dərk edir. Bu prizmadan yanaşdıqda hesab edirəm ki, belə təxribat xarakterli addımlar böyük mənada proseslərin axarın ciddi təsir edə bilməyəcəkdir. Azərbaycan dövlətinin təkidləri və təzyiqləri eyni zamanda, beynəlxalq güclərin tələbi ilə Ermənistan bölgədə daha doğrusu münasibətlərin qurulmasını istəyən güclərin tələbi ilə Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalacaq”.

Müəllif: Gülyana

Digər xəbərlər