PDF Oxu

Siyasət

  • 2 997

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol yeni mərhələdə - ŞƏRH

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol yeni mərhələdə - ŞƏRH

Azərbaycan Avropanın mütərəqqi dəyərlərini paylaşan və Avratlantik təhlükəsizlik arxitekturasına öz töhfəsini verən ölkə olaraq regionda lider mövqeyini möhkəmləndirməkdədir. Respublikamızın zəngin təbii ehtiyatları ölkənin dinamik inkişafı və əhalinin rifahının yüksəldilməsi üçün geniş perspektivlər açmışdır. Azərbaycanın bilavasitə iştirakı ilə beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya layihələrinin reallaşdırılması, neft və qaz boru kəmərlərinin inşası ölkəmizin iqtisadi qüdrətini artırmışdır.

Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi dövlətçilik fəlsəfəsi respublikamızın müasir dünyada xüsusi yerini müəyyənləşdirməklə, müstəqil dövlətçiliyimizi möhkəmləndirmiş, ölkəmizin beynəlxalq əlaqələrində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Ulu öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etmişdir. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilməkdədir.

Rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq, ayrı-ayrı dövlətlərlə sivil, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Azərbaycanla bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına böyük diqqət göstərən ölkələrdən biri də İtaliyadır.

İtaliya Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir. İki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynamışdır. Prezident İlham Əliyev İtaliya və Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu dəfələrlə bəyan edib. Əməkdaşlıq əlaqələrinin güclənməsində Azərbaycan Prezidentinin adıçəkilən ölkəyə bu günlərdə etdiyi rəsmi səfər mühüm əhəmiyyət kəsb etmişdir.

Ölkə başçısı İlham Əliyevin İtaliyaya rəsmi səfəri ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafı baxımından əlamətdar olmuşdur. İtaliya Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində də oynayacağı rolu müsbət qiymətləndirərək energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bəyan etmişdir. Azərbaycanın dövlət başçısı səfər zamanı ölkəmizdə qlobal enerji layihələrinin həyata keçirilməsi ilə yanaşı, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün də əlverişli biznes mühitinin olduğunu diqqətə çatdırmışdır. İki ölkə arasında bütün sahələrdə münasibətlərin inkişafında ölkə başçısının rəsmi səfəri mühüm əhəmiyyətə malikdir.

İtaliya Azərbaycana dost ölkə olaraq haqq işimizi dəstəkləyir. Belə ki, üzləşdiyimiz ən böyük problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İtaliya dövləti öz prinsipial mövqeyini dəfələrlə bəyan edib. İtaliya dövləti münaqişənin beynəlxalq hüquq normaları, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır.

Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri ölkələrarası əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu səfər çox geniş proqramı olduğundan kifayət qədər seçilir və Azərbaycan-İtaliya münasibətlərinin dərinləşdirilməsinə yönəlib: "Xüsusilə qeyd etmək lazımdır ki, 2020-ci ildə Çoxölçülü Strateji Tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinə dair Birgə Bəyannamə həm də iki ölkə arasındakı münasibətlərin əhəmiyyətini ortaya qoyur. Ötən dövr ərzində siyasi, iqtisadi, humanitar, mədəni, enerji, nəqliyyat, elm və təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdirilib.

Hər iki ölkə arasındakı münasibətlərdə xüsusilə enerji seqmenti əhəmiyyətli rola malikdir. Müasir dünyada geosiyasi konyunktura, baş verən proseslər, enerji tədarükündə baş verən qırılmalar bu sahəni daha da prioritet bir müstəviyə qaldırıb. Bu xüsusda Azərbaycana maraq böyükdür. Hazırkı şəraitdə enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas elementlərindən hesab olunur. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində öz fəal rolu ilə seçilir. Rəsmi Bakıya qaz tədarükünün artırılması ilə bağlı çox saylı müraciətlər daxil olur. Bu baxımdan Azərbaycan və Avropa İttifaqı arasında enerji təminatı sahəsində strateji sazişin imzalanması da bunu deməyə əsas verir. Azərbaycan özü də enerji resurslarının nəqlindəki həcmin artırılmasında maraqlıdır və buna müsbət yanaşır. Bu baxımdan İtaliya həm də Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsində əsas geosiyasi aktordur. TAP layihəsi vasitəsilə böyük həcmdə qaz nəqlini həyata keçirmək olar. Bunun üçün İtaliya da tranzit ölkə kimi çıxış edə bilər. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında 3-cü yerdədir. TAP layihəsi İtaliyanın qaz tələbatının 10 faizini ödəyir. Lakin həcmlərin artırılması bu göstəriciləri bir qədər də artıracaq.

Ölkələr arasında ticarət dövriyyəsinə nəzər saldıqda görə bilərik ki, ötən il bu həcm 9 mlrd. dollar təşkil edirdi, cari ildə isə ticarət həcmi 11 mlrd. dollara çatıb. Bu həcmin daha da genişləndirilmə potensialı mövcuddur. Azərbaycan-İtaliya arasında elm-təhsil sahəsində də geniş miqyaslı işlər icra olunur.

Zahid Cəfərov

YAP Yasamal rayon “Zahid Xəlilov küç.23” (BDU) ünvanlı ərazi partiya təşkilatının sədri

Digər xəbərlər