PDF Oxu

Siyasət

  • 2 726

"İtaliya Azərbaycanın Aİ-yə açılan qapısıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İtaliya Azərbaycanın Aİ-yə açılan qapısıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İtaliya Azərbaycan əlaqələri özünün yüksək inkişaf dövrünü yaşayır. Dövlət başçıların mütəmadi qarşılıqlı səfərləri və ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün imzalanmış sənədlər münasibətləri yeni mərhələyə çıxarıb. O cümlədən 2020-ci ilin fevral ayında dövlət başçılarının imzaladığı çoxölçülü əməkdaşlığın dərinləşdirilməsinə dair Bəyannamə və hökumətlər arası imzalanmış 28 sənəd ölkələrimiz arası əməkdaşlığı çoxşaxəli etmişdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Onun sözlərinə görə, İtaliya Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır: "Həm də İtaliya NATO-nun üzvü və Böyük Yeddiliyə daxil olduğundan olduğundan Azərbaycanın da bu baxımından imkanları genişlənir. İtaliya müstəqilliyimizin ilk illərindən Azərbaycanla əməkdaşlığa önəm verib. Əsirin müqaviləsinin imzalanması və karbohidrogen resurslarımızın ixrac kəmərlərinin tikintisində İtaliya yaxından iştirak etmişdir. İtaliya neftə olan təlabatının 100%-ə qədərini Azərbaycanın hesabına ödəyir. O cümlədən ildə 10 milyard kub metr Azərbaycan qazını idxal edir".Deputat sözlərinə belə davam edib: "Bu gün Avropa İttifaqına daxil olan ölkələr enerji təhlükəsizliyi problemini yaşayırlar. İtaliyanın Azərbaycanla əməkdaşlığının illər öncə başlaması bu gün Avropanı böhranla qarşılaşmaq qorxusu yaşadığı bir dövrdə İtaliya daha az narahat olan ölkəyə çevrilmişdir. İtaliyanın Azərbaycanda fəaliyyət göstərən 150-yə yaxın şirkəti iqtisadiyyatımıza 530 milyon dollardan çox investisiya yatırmışdır.O cümlədən Azərbaycan da İtaliya iqtisadiyyatına 135 milyon dollar investisiya yatırmışdır. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində İtaliya şirkətləri Türkiyədən sonra ikinci yerdədir. İtaliyanın inkişaf etmiş texnologiyaları işğaldan azad olunmuş ərazilərimizdə su elektrik stansiyaların bərpasında istifadə olunur. O cümlədən işğaldan azad olunmuş ərazilərimizə kənd təsərrüfatının və emal sənayəsinin inkişaf etdirməsində İtaliya şirkətləri yaxından iştirak edəcəkdir. İtaliya ilə əməkdaşlıq ancaq iqtisadi sahə ilə kifayətlənmir. O cümlədən humanitar və mədəni sahələrdəki əməkdaşlığımız ölkələrimiz arası dostluq münasibətlərini günü-gündən möhkəmləndirir. Bakıda Azərbaycan -İtaliya Universitetinin açılması ilə bağlı imzalanmış sənədlər, Romada Mədəniyyət evimizin açılması və orda Azərbaycanın milli mədəniyyət nümunələrinin təqdim edilməsi ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır.Prezident İlham Əliyevin İtaliyaya işğüzar səfəri çərçivəsində müzakirə olunmuş məsələlər ölkələrimiz arası münasibətlərin daha da mökəmlənməsi baxımından çox əhəmiyyətli olmuşdur".

Ayşən Vəli

Digər xəbərlər