“Rusiya-Ukrayna müharibəsində əsaslı dönüş başlayıb. Ukrayna silahlı qüvvələrinin əsas zərbəsi cənuba yəni Verson vilayətinə yönəlib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.Politoloq qeyd edib ki, aparılan hərbi əməliyyatlar barədə geniş informasiyalar yayılmır: “Çünki belə olduğu təqdirdə hərbi sirlər düşmənin əlinə keçə bilməz. Lakin müxtəlif mənbələrin verdiyi məlumatlara görə Ukrayna silahlı qüvvələri əks-hücum əməliyyatlarını uğurla həyata keçirir. Herson şəhəri istiqamətində vilayətin 8-dən çox yaşayış məntəqələri azad edilib və yeni döyüşlər başqa ərazilərin azad olmasına səbəb olur. Həmçinin Herson şəhəri daxil olmaqla rusların 20-25 minlik silahlı qüvvələrinin mühasirəyə alındığı bildirilir. Əgər əməliyyat uğurla başa çatarsa həmin mühasirəyə düşmüş qruplar məhv edilə və yaxud da əsir götürülə bilər. Rusiya bu bölgəyə əlavə silahlı qüvvələr göndərməyə çalışır, eyni zamanda kommunikasiya əlaqələrinin demək olar ki, dağıdılması mühasirəyə düşmüş qüvvələrə lazımi logistik dəstək verə bilmir. Bütövlükdə sentyabrın axırlarına qədər Ukrayna qoşunlarının Hersonu azad edə biləcəyi və Krım sərhədlərinə çıxacağı təxmin edilir ki, bu da müharibənin gedişində əsas dönüşün başa çatmasına və Ukrayna ərazilərindən rus qoşunlarının tamamilə qovulması prosesinə səbəb olacaq”.
Müəllif: Banuçiçək Hüseynli